Tabloid.az
Qarnı əridən pəhriz
Hər yaşın öz pəhrizi olmalıdır və bütün yaş dövrləri üçün keçərli ümumi pəhriz yoxdur. Qadınlar müxtəlif yaşlarda arıqlamağa müxtəlif cür tabe olur. Yəni, elə pəhriz var ki, xanımı 35 yaşından sonra arıqladır, amma 45 yaşlı qadınlara təsir göstərmir. Buna görə də ailədə ana ilə qızın eyni pəhriz saxlaması absurd olardı.
Yaşlı orqanizmin günlərlə ac qalması və meyvə ilə dolanması ölümə bərabər olar. Çünki 40 yaşdan sonra bədənin daha çox vitaminə və minerallara ehtiyacı olur. 40 yaşından sonra bədən daha tez və asan yağ ehtiyatı yığır. Dolayısı ilə daha tez kökəlir. Bu gün biz 35-40 yaşlı xanımlar üçün qarnı əridən pəhrizi təqdim edəcəyik.
Bu arada onu da vurğulamaq yerinə düşər ki, heç də hər pəhriz qarnı və beldəki piyləri əritmir. Hər gün çoxlu meyvə və tərəvəz yemək də o demək deyil ki, qarnın düz olacaq. Qarnı düz saxlamağın da öz qaydaları var.
• Qəhvədən, qazlı və şirin sulardan uzaq olun.
• Yeməyi yüngül salatla başlayın və yüngül salat da bitirin
• Hər gün 2 litr su için
Pəhriz 2-3 ay saxlanmalıdır
Səhər yeməyi: Bişmiş yumurta, 1 dilim qurudulmuş çörək
Qəlyanaltı: 1-2 alma və ya portağal
Axşam: 200 qr mal əti, portağal
Mayonez, ketçup, çipsi, dönər, fast-food kimi qidalar yemək qəti
qadağandır. Onlardan əmələ gələn piyli qarnı əritmək çox
çətindir.
Tort, pirojna, konfet, şokoladı ayda bir neçə dəfə qəbul etsəniz, bəsdir. Axşam saat 6-dan sonra yemək olmaz prinsipi yalandır. Əslində, diyetoloqların da çoxu bu prinsipi qəbul etmir. Sadəcə yatmazdan 2-3 saat əvvəl yemək olmaz.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi