• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlhamə Quliyeva Elşad Xoseni yıxdı-sürüdü

İlhamə Quliyeva Elşad Xoseni yıxdı-sürüdü

İlhamə Quliyeva ilə Elşad Xose arasında münaqişə yenidən alovlana bilər.

Tabloid.az xəbər verir ki, xalq artisti repçini səviyyəsiz adlandırıb. O, Elşadın bir müddət öncə “İnsatgram”da paylaşdığı hovuz fotosundan sonra yaranan anlaşılmaz vəziyyəti şərh edərkən belə deyib.

Sənətçi editor.az-a açıqlamasında gənc həmkarı il bağlı kəskin fikirlərini bildirib:

“Əvvəla, bu adam müğənni deyil, repçidir. Özü də çox aşağı səviyyəli bir adamdır. O kimdir ki, mən onun hansısa sayıqlamasına cavab verim. Görünür, Elşad Xosenin başı ora qədər işləyir. Analarımız, bacılarımız göz yaşı tökür, bir səviyyəsiz repçi isə şəhidlərin ruhunu təhqir edir. Görəsən, heç utanırmı? Onlarda utanan sifət yoxdur. İnanmıram ki, utansın”.

Qeyd edək ki, bir neçə ay öncə İ.Quliyeva Elşad Xosenin internet-trollinqində hədəfə alınmışdı. Repçi “İnstagram” sosial şəbəkəsində “Приключения поросенка Фунтика” cizgi filminin qəhrəmanı xanım Belladona ilə İlhamə Quliyevanın şəklini qoyub. “Bellodona doyer yoxsa prima DONNA?” yazmışdı. Bu isə sosial şəbəkədə qızğın diskussiyaya səbəb olmuşdu.

İlhamə Quliyeva onun bu hərəkətinə sakit yanaşdığını demişdi: “Neyləmək olar, o da belədir... Mən demək istəyirəm ki, primadonna tituldur. Mən bu titulu 1998-ci ildə almışam. Rəsmi sənədi, sertifikatı var”.

Yeri gəlmişkən, avqustun 17-də İlhamə Quliyevanın doğum günüdür.

Xalq artisti deyib ki, əsgərlərimizin şəhid olmasından dolayı doğum gününü qeyd etməyəcək:

“Hər il televiziya kanallarında mənim ad günüm təmtəraqlı şəkildə qeyd edilir. Bu il də ad günümü qeyd etməklə bağlı təklif aldım. Ancaq imtina etdim. Belə bir həssas məqamda ad günü keçirmək mənə yaraşmaz”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR