Dünyanın ən dəbli xanımının qarderobundan möhtəşəm geyimlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən dəbli xanımının qarderobundan möhtəşəm geyimlər - Fotolar

Dünyanın ən dəbli xanımının qarderobundan möhtəşəm geyimlər - Fotolar

Viktoriya Bekhem paltarlarını xeyriyyə məqsədilə hərraca çıxaracaq.Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Viktoriya Bekhem öz qarderobundan maksimum 600 geyim dəstini satacaq. Dünyanın ən zövqlü xanımı hesab olunan Viktoriya sonsuz qarderobunu modapərəstlərin ixtiyarına buraxacaq. Dəbli xanım geyimlərindən əldə edilən pulları "mother2mothers" xeyriyyə təşkilatının hesabına köçürəcək.

Misli görünməmiş səxavətli aksiya avqustun 20-dən 25-nə kimi davam edəcək. Lakin mərc gələ bilərik ki, “Dolce&Gabbana”-nın ikonik korsetləri, “Roland Mouret” futlyarları, “Roberto Cavalli”nin neon şifonları və dizaynerlərin xüsusi olaraq Bekhem üçün hazırladığı geyimləri Christies auksion evində bir sutkadan artıq qalmayacaq, tez bir zamanda satılacaq.

“Geyimləri seçəndə çox gülmüşəm, çünki bu paltarların hamısı xoş xatirələrlə yadda qalıb. Onların hamısını həyatımın önəmli anlarında geyinmişəm. Əşyaların arasında qızım Harperə gələcəkdə lazım olacaq geyimlər olsa da, düşünürəm ki, onlardan əldə edilən gəlirə ehtiyac duyan insan daha çoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm