İsti havalar üçün ən şıq və asan yığılan saç modelləri - Fotolar
Bizi izləyin

Tabloid.az

İsti havalar üçün ən şıq və asan yığılan saç modelləri - Fotolar

İsti havalar üçün ən şıq və asan yığılan saç modelləri - Fotolar

Yayda tez-tez tərlədiyimizdən dolayı uzun saçlar narahatlıq yaradır. Açıq saçlar iş görərkən mane olur, yaxşı işləməyə qoymur. Xanımların bəziləri yığılmış saç modellərinin onlara yaraşmadığını zənn etdiyi üçün isti havalarda özünə əziyyət verib açıq saçla gəzirlər. Halbuki, yay aylarında asan yığılan saç düzümləri ilə də dəbli görünmək olar. Bu sahədə məşhurların saç stillərindən ilham ala bilərsiniz. İsti havalarda at quyruğu, toppuz və dağınıq modellər çox münasib hesab olunur. Tabloid.az isti havalarda asan yığılan, ən əsası eleqant görünən saç modellərinə aid bir neçə nümunə toplayıb.

Keyt Hadson təpədən yığdığı dağınıq toppuzu ilə həm çox şıq, həm də çəkici görünür. Bu saç stilinin üstünlüyü ondan ibarətdir ki, onunla hər yerdə görünə bilərsiniz. İsti havalarda seksual görünmək üçün ideal seçimdir.

İsti havalarda romantik görünmək üçün onları Zoya Saldanın saç yığımı kimi fransız buruqları şəklində toplaya bilərsiniz. Fransız buruğu formasında yığılan saçı maşalarla dayaq verməyi unutmayın.

Saçlarınıza bir az həcm vermək niyyətindəsinizsə, Cessika Çastayn kimi yuxarısı şişirdilmiş toppuz modeliini sınaqdan keçirin.

Saçınız çox qısadırsa, Keyt Maranın saç stilindən ilham alın. Onları saç spreyinin yardımı ilə başın aşağısında yığıb bir neçə maşa ilə ilişdirin ki, dağılmasına mane ola biləsiniz. Çox şıq görünəcəyinizdən əmin olun...

İsti havalarda yığılan ən seksual və şıq saç düzümlərindən biri at quyruğudur. Cenifer Lopezin sıx yığdığı at quyruğu saçı mükəmməl görünür. Ofis stili üçün gözəl saç düzümüdür.

Tək saç rezinindən faydalanaraq Keyt Bosvors kimi gözəl saç modeli əldə edə bilərsiniz. Həm asan yığılır, həm də çox şıqdır...

Hörüklü saç dedikdə ağla ilk olaraq dəb ikonası Bleyk Layvli gəlir. Fərqli hörük modelləri onun stilini təkrarolunmaz edir. Onun bütün növ hörükləri sizə isti havalarda ilham verə bilər. Saçınızı ilk olaraq sıx at quyruğu şəklində yığın. Daha sonra istədiyiniz formada hörün. Sonra isə hörükləri astaca boşaldın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm