Can Atəş Məryəm Üzərlinin ad günündə hansı sürprizi etdi?
Bizi izləyin

Tabloid.az

Can Atəş Məryəm Üzərlinin ad günündə hansı sürprizi etdi?

Tamaşaçılara “Möhtəşəm yüz il” serialından tanış olan aktrisa Məryəm Üzərlinin 32 yaşı tamam olub

Tamaşaçılara “Möhtəşəm yüz il” serialından tanış olan aktrisa Məryəm Üzərlinin 32 yaşı tamam olub. Hürrəm sultan obrazı ilə məşhurlaşan aktrisanın ad gününü təbrik edənlər arasında keçmiş sevgilisi, iş adamı Can Atəş də olub.

Can Atəş ad günü münasibətilə ona 32 ədəd gül alıb. Gül dəstəsinin üzərinə “Lara-Can Atəş” yazılmış kart da qoyduran iş adamının aktrisa ilə barışmaq istədiyi bildirilir.

Xatırladaq ki, Can Atəş Məryəm Üzərlinin hamilə olduğunu öyrəndikdən sonra körpəni istəmədiyini deyərək onu tərk etmişdi.

Ancaq aktrisa abort etdirməyə razı olmayaraq Almaniyaya getmiş, qızı Laranı orada dünyaya gətirmişdi. İlk əvvəl qızı ilə atasının görüşməsinə icazə verməyən Məryəm Canın etdiklərinə görə üzr istəməsindən sonra fikrini dəyişib və ata ilə qızın ayda bir dəfə görüşməsinə icazə verib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm