Qış aylarında bu eynəklər dəbdə olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Qış aylarında bu eynəklər dəbdə olacaq - Fotolar

Alış-verişə getmədən öncə yazımızı oxuyaraq qışın eynək dəbini öyrənin!

Günəş eynəkləri yay aylarında qadınların ən sevimli aksessuarına çevrilir. Ancaq bütün qadınlar bilirlər ki, son illər günəş eynəkləri sadəcə yay mövsümündə deyil, eləcə də qış mövsümünün ən dəbli aksessuarı hesab olunur. Çünki adı günəş eynəyi olsa da, onlardan təkcə günəşdən qorunmaq üçün istifadə etmirik. Axı yorğunluğu, gözaltı şişkinlikləri, makiyajsız halımızı gizləmək üçün də eynəklərə ehtiyacımız var. Həm də qış aylarında külək və qardan gözləri qorumaq, göz quruluğunun qarşısını almaq üçün də eynəklər əvəzedilməz vasitədir.

Bu saydığım səbəblərin heç biri olmasa belə yalnızca dəb xatirinə günəş eynəklərindən istifadə etmək də mümkündür. 2014-2015 payız-qış eynək kolleksiyalarını gördükdən sonra bütün qadınlar bu aksessuarlardan əldə etmək istəyəcək.

Elə isə alış-verişə getmədən öncə yazımızı oxuyaraq qışın eynək dəbini öyrənin.

Əvvəlcə onu qeyd edək ki, bu ilin eynək dəbində ən diqqət çəkən məqam moda dizaynerlərinin qeyr-adi modellərə üstünlük verməsidir.


Həndəsi fiqurlar

Mövsümün ən çox diqqət çəkən trendi həndəsi fiqurlu eynəklərdir. Kvadrat, oval və ya üçbucaq formalı eynəklər demək olar ki, bütün məşhur brendlərin kolleksiyalarında yer alır.

“Kenzo”, “Valentino”, “Roberto Cavalli” kimi brendlərdə bu tip çərçivəli eynək modelləri üstünlük təşkil edir.

Fall/ Winter 2014-2015 Eyewear Trends: Graphical Sunglasses

Pişik gözü

Fall/ Winter 2014-2015 Eyewear Trends: Cat-Eye Sunglasses

“Pişik gözü” modeli bir neçə mövsümdür ki, dəbdədir. Bu il də populyar olacaq. Bir çox brend bu modelin bir-birindən rəngli və gözəl variantlarını təqdim ediblər.

Pilot eynəyi

Fall/ Winter 2014-2015 Eyewear Trends: Aviator Sunglasses

Heç vaxt modası keçməyən, hər zaman dəb olaraq qalan eynək modeli varsa, o da pilot eynəkləridir. Klassikləşən bu eynək modeli bu il daha fərqli şəkildə təqdim olunub. Belə ki, eynəklərin çərçivəsi qalınlaşdırılıb və rəngli çərçivələrə üstünlük verilib.

“Gucci” brendi bu modelin şəffaf şüşəli olan modelini də təqdim edib.

Parlaq rənglər

Fall/ Winter 2014-2015 Eyewear Trends: Colorful Sunglasses
Rəngli çərçivələr eynək modasında hakimiyyəti ələ keçirib. 2014-2015 payız-qış mövsümündə də bu trend öz sözünü deyəcək.

Rəngarəng, pozitiv enerji yayan eynəklər soyuq qış günlərinə rəng qatacaq. Mövsüm zidd olsa da, bu modellərin indidən maraqla qarşılandığı bildirilir.

Qeyri-adi modellər

Fall/ Winter 2014-2015 Eyewear Trends: Creative Sunglasses
Moda dizaynerləri eynəkləri hazırlayarkən fantaziyalarından yararlanmağı sevirlər.

“Moschino” brendinin çılğın modeli olduqca diqqət çəkir.

Çərçivədən xaric


Çərçivələrə sığmayanlar üçün ən ideal eynək modeli hazırlanıb desək, yanılmarıq. Bu qəribə eynəklərin yeni sezonda hitə çevriləcəyi gözlənilir.

Xüsusilə də, “Dior”un qara şüşəli, metal çərçivəli modeli diqqət çəkir.

Rəngli şüşələr

Fall/ Winter 2014-2015 Eyewear Trends: Semi-Transparent Sunglasses

Qış aylarına rəng qatmaq istəyənlər eynəkdə rəngli şüşələrə üstünlük verirlər.

“Louis Vuitton”un yeni kolleksiyasındakı həm şüşəsi, həm də çərçivəsi rəngli olan eynək modelləri diqqətə layiqdir. “Giorgio Armani”nin də yeni kolleksiyasında bu model eynəklər var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm