Rihanna keçmiş sevgilisini unuda bilmir – Fotolar
Bizi izləyin

Tabloid.az

Rihanna keçmiş sevgilisini unuda bilmir – Fotolar

Məşhur reper Kris Braun özünə yeni sevgili tapıb

Məşhur reper Kris Braun özünə yeni sevgili tapıb.

Barbadoslu gözəl müğənni Rihannadan ayrıldıqdan sonra adı müxtəlif qadınlarla hallanan reper iddiaları yalanlayırdı.

Rihanna ilə tez-tez barışıb-küsən Kris bu dəfə 26 yaşlı model Karruçi Trendlə görüntülənib.

Artıq Rihanna ilə münasibətlərinə bir dəfəlik son qoymaq istəyən ifaçı yeni sevgilisi ilə görüntülənməkdən çəkinməyib. Sosial şəbəkədə də Karruçi ilə birgə çəkdirdiyi fotoları paylaşıb.

Bu şəkilləri görən Rihannanın depressiyaya düşdüyü bildirilir. Keçmiş sevgilisini hələ də unuda bilməyən Rihanna repçidən ayrıldıqdan sonra bir çox yaraşıqlı kişi ilə görüşsə də, ciddi münasibət yaşamayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm