Eynəkli xanımlar necə makiyaj etməlidilər?
Bizi izləyin

Tabloid.az

Eynəkli xanımlar necə makiyaj etməlidilər?

Tabloid.az sizin üçün doğru makiyaj üsulunu araşdırıb

Əgər eynəkdən istifadə edirsinizsə, makiyaj edərkən çox diqqətli olmalısınız.

Çünki eynək taxan qadınların makiyajı taxmayanlarda bir qədər fərqlənir.

Tabloid.az sizin üçün doğru makiyaj üsulunu araşdırıb. Bu məsləhətlərə əməl edərək möhtəşəm görünə bilərsiniz.

Qaşlar

Qaşlarınızı ön plana çıxarmalısnız. Bunun üçün qaş qələmindən istifadə edərək seyrək qaşları doldurun. Qaşalrınız nazikdirsə, qalınlaşdırın. Ancaq unutmayın ki, doğru qələmi seçmək çox önəmlidir. Qaşlarınızla eyni rəng tonunda və ya bir ton açıq rəngdə olan qələmdən istifadə edin.

Layner

Eynəkdən istifadə etmək göz makiyajı etməyə mane deyil. Göz makiyajı ilə baxışlarınızı vurğulamaq üçün tuşdan istifadə edin. Əvvəlcə incə bir xətt formasında layneri çəkin, daha sonra kirpikləri tuşla vurğulayın.

Ancaq bu zaman bəzi nüansları unutmamaq lazımdır. Kirpiklərin eynəyin şüşəsinə dəyməməsi üçün kirpikləri uzadan tuşlardan və süni kirpiklərdən uzaq durmalısınız.

Alt kirpiklərə tuş çəkməsəniz, daha yaxşı olar.

Dodaq

Əgər dodaqlarınızın gözəlliyinə əminsinizsə və dəri rənginizə yaraşdığına inanırsınızsa, qırmızı və çəhrayı rəngdə olan dodaq boyaları çəkə bilərsiniz. Ancaq diqqəti dodaqlara çəkmək istəmirsinizsə, bej tonlarına üstünlük verin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm