Culiya Roberts kimi gözəl görünmək istəyənlər oxusun! - Fotolar
Bizi izləyin

Tabloid.az

Culiya Roberts kimi gözəl görünmək istəyənlər oxusun! - Fotolar

Məşhur aktrisa Culiya Roberts Amerikanın “InStyle” jurnalı üçün kamera qarşısına keçib. Jurnalın 20-ci il üçün bir-briindən möhtəşəm pozalar verən aktrisa gözəllik sirlərindən bəhs edib.

Məşhur aktrisa Culiya Roberts Amerikanın “InStyle” jurnalı üçün kamera qarşısına keçib.

Jurnalın 20-ci il üçün bir-briindən möhtəşəm pozalar verən aktrisa gözəllik sirlərindən bəhs edib.

Tabloid.az həmin müsahibəni təqdim edir:

- Olduqça diqqət çəkən qadınsan, bunun üçün çox çalışırsan?

- Məktəb illərimdən bəri cazibədar və gözəl olmaqla maraqlanmamışam. Əgər bunlarla maraqlansaydım, karyeramda istədiyim yerlərə gələ bilməzdim. Əslində üzüm bir az əyidir, ancaq bu xoşuma gəlir.

- Gözəllik sirlərin var?

- Kevin Aukoindən çox şey öyrənmişəm. O, mənim makiyaj ustamdır. Mənə həmişə “tuş, tuş, tuş” deyir. Haqlıdır. Kirpiklərə tuş çəkmək özümü daha yaxşı hiss etməyimə səbəb olur. Saçlarıma forma verməkdə çətinlik çəkirəm. Amma fikir verməyəndə arzuladığım kimi alınır.

- Çölə çıxmaq üçün 2 dəqiqən olsa, necə hazırlaşarsan?

- Dişlərimi fırçalayaram, nəmləndiricimi çəkərəm və böyük günəş eynəyimi taxaram.

- Gözəl gülüşünüzün ən böyük səbəbi dişlərinizdir. Onlara qulluq etmək üçün qeyri-adi bir üsulun var?

- Soda ilə fırçalayıram. Bunu babamdan öyrənmişdim.

- İdmana nə qədər vaxt ayırırsan?

- Həftənin 5 günü 90 dəqiqə yoqa ilə məşğul oluram. Bu özümü yaxşı hiss etməyimə səbəb olur.

- Bəs pəhriz?

- Bir neçə ay öncə diyetoloqum mənə həyatımdan qlüteni çıxarmağımı tövsiyə etdi. Ondan sonra evdə mənə uyğun yeməklər bişirməsi üçün işə yeni aşpaz götürdüm. Son vaxtlar daha yaxşı göründüyümü hiss edirəm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm