Bu da Lalə Məmmədovanın ikinci qızı - Foto
Bizi izləyin

Tabloid.az

Bu da Lalə Məmmədovanın ikinci qızı - Foto

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə kiçik qızı Çinarənin fotosunu yayımlayıb.

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə kiçik qızı Çinarənin fotosunu yayımlayıb.

Tabloid.az xəbər verir ki, müğənni paylaşdığı fotoya “Onun sevinci məni sevincimdir”-qeydini yazıb.

Xatırladaq ki, keçən ilin sentyabrında sevilən sənətçinin boşanması ilə bağlı xəbərlər dolaşırdı. Daha sonra L.Məmmədova özü verilişlərdən birində qonaq olan zaman boşanması ilə bağlı xəbərin həqiqət olduğunu demişdi.

Rəsmən hələ də evli olduqlarını bildirən L.Məmmədova boşanma prosesinin uzanacağını istisna etməmişdi. O, bu açıqlamanı verən zaman ikinci övladı hələ doğulmamışdı:

“İndi istəsəm də, boşana bilmərəm. Bətnimdə övladım var, ikinci dəfə ana olacağam. Biz insanlar heç nədən sığortalanmamışıq. Övladım dünyaya gəldikdən sonra məsələ aydınlaşacaq. Mənim üçün hər şey artıq müəyyən olunub, sadəcə bu haqda danışmaq istəmirəm. Boşanacağam”.

Lalə Məmmədovanın həyat yoldaşı İlham Qafarov isə mətbuata açıqlamasında “Boşanıb, boşanmayacağımız barədə suallara mən yox, Lalə cavab verir. Onunla boşanmaq xəbərinə mən şərh vermək istəmirəm. Bu, mənim ailə məsələmdir. Bu barədə danışmayacağam”-demişdi.

Daha sonra isə cütlüyün boşanması ilə bağlı söz-söhbətlərə son qoyulmuşdu.

Qeyd edək ki, İlham Qafarovla ailəli olan Lalə Məmmədovanın Nərgiz və Çinarə adında iki qızı var.

Əməkdar artisti qızı ilə olan yeni fotosunu təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm