Uma Turman erotik filmin premyerasında - Fotolar
Bizi izləyin

Tabloid.az

Uma Turman erotik filmin premyerasında - Fotolar

Venesiya kinofestivalında bir çox ölkədə qadağan olunan film nümayiş olundu

Venesiya kinofestivalında qalmaqallı “Nimfomanyak” filminin ikinci hissəsi nümayiş olunub. Filmin premyerasında məşhur aktrisa Uma Turman və filmdə baş rol oynayan aktrisa Şarlotta Qensbur da iştirak ediblər.

Aktrisalar geyimdə qara rəngə üstünlük veriblər. Uma Turman klassik obraz yaradıb. Çantası ilə libasının uyğunluğu diqqət çəkib. Saçlarını toplayan aktrisa üz gözəlliyini ön plana çıxarıb.

Aktrisa Şarlotta Qensbur isə sinə dekoltesi ilə diqqət çəkib. Dəridən hazırlanan mini libası ilə qırmızı xalıda gözəlliyini nümayiş etdirən Şarlotta aksessuardan istifadə etməyib.

Qeyd edək ki, “Nimfomanyak”ın rejissoru Lars von Trier, həmçinin filmdə rol alan aktyor və aktrisalar erotik film çəkmədiklərini desələr də, bəzi səhnələr izləyicilər tərəfindən “pornoqrafiya” kimi qiymətləndirilmişdi. Elə buna görə də qonşu Türkiyə də daxil olmaqla filmin nümayişi bir çox ölkədə qadağan olunub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm