Görüşə gedərkən saçınızı belə yığın - Fotolar
Bizi izləyin

Tabloid.az

Görüşə gedərkən saçınızı belə yığın - Fotolar

Görüş üçün ən gözəl saç düzümləri

Bütün qızlar sevgilisi ilə görüşə gedərkən hər zaman baxımlı və gözəl görünmək istəyirlər. Nə geyinəcəyini, necə makiyaj edəcəyini əvvəlcədən planlaşdırırlar. Saç düzümünə gəldikdə isə vəziyyət bir qədər qəlizləşir. Saçlar xanımların ən gözəl aksessuarı, onları daha çəkici göstərən məqam olduğu üçün görüşə gedərkən saç düzümə xüsusi fikir vermək lazımdır.

Tabloid.az ayna qarşısında dayanıb saç düzümünə qərar verə bilməyən xanımlar üçün bir neçə saç modeli seçib.

Sevgilinizlə görüşə gedərkən gözəlliyinizi üzə çıxaran saç düzümləri bunlardır:

Fenli saçlar: Fenli saçlar təkcə görüşə gedərkən deyil, ümumiyyətlə, tez-tez istifadə etdiyimiz saç modelidir. Xanımları olduqca romantik göstərən saç düzümünə qovuşmaq çox bəsitdir. Düz saçlar digər saç modellərinə nisbətən daha asan yığılır və dayanıqlı olur. Uzun, düz və parıltılı saçları bütün tərz geyimlərlə tamamlaya bilərsiniz. Görüşə tələsirsinizsə, saçınıza fen çəkməklə vəziyyətdən tez xilas ola bilərsiniz.

Yana ayrılan kəkillər: Kerri Vaşonqton tərzi yana ayrılmış kəkillər stilinizi daha gözəgəlimli edir. Bu saç düzümünün ən çətin tərəfi onun dağılmadan dayanmasını təmin etməkdir. Saçınız nəmli olarkən onu daraqla yana ayırın və sancaq vurun. Saçınızı sancaqları çıxartmadan qurulayın. Daha sonra saçınıza lak vurun.

Ucları dalğalı saçlar: Həcmli və dalğalı saçlar xanımları hər zaman cazibədar göstərir. Bu saç modeli üçün ilk olaraq saçları qurudun. Daha sonra quruyan saç uclarına böyük biqudilər taxın. Yaxşı burulması üçün üstündən lak sıxın. Bir qədər saxladıqdan sonra biqudiləri açıb başınızı aşağı əyin və əllərinizlə buruqları dağıdın.

Dalğalı saçlar: Lili Collinsin şıq və dolğun dalğalarına sahib olmaq istəyirsinizsə, böyük saç biqudilərinindən istifadə edə bilərsiniz. Biqudiləri saçınıza dolayın və gözləyin. Onları açan zaman saçınızı barmaqlarınızla buraraq forma verin. Biqudiləri açandan sonra saçlar qıvrım deyil, dalğalı olmalıdır. Belə romantik saç modelini kiçik broşla vurğulaya bilərsiniz.

Yarım yığılmış saçlar: Qabarıq, yarım yığılmış saçlar kişilərin bəyəndiyi saç modellərinə aiddir. İllərdir ki, bu saç düzümü məsum hesab olunur və yerini qoruyub saxlaya bilib. Romantik gecə görüşləri üçün ideal seçimdir.

Saçlara biqudi yardımı ilə forma verin. Saçın üst hissəsini daraqla qaldırıb səliqəyə salın. Sonda seçdiyiniz broşu arxadan bərkidin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm