Təbəssümü ilə kişilərin qəlbini fəth edən gözəllər - Fotolar
Bizi izləyin

Tabloid.az

Təbəssümü ilə kişilərin qəlbini fəth edən gözəllər - Fotolar

Təbəssümü ilə kişi qəblərini fəth edən gözəllər - Fotolar

Tanınmış psixoloq və yazar Deyl Karneqi hesab edir ki, təbəssüm cəlbedici imicin yaradılmasında əsas komponentdir. Elə buna görə də, XX əsrin 50-ci illərində “Hollivud təbəssümü” ulduz davranışına daxil olur. Qaraqabaq adamların sevilməməsinin əsas səbəbi bəlkə də budur. Çünki onlar müsbət enerji ötürüb özləri haqqında xoş fikir formalaşdıra bilmirlər. Təbəssüm, yalnız dişləri göstərməkdən ibarət deyil, eyni zamanda, pozitiv görünmək bacarığıdır, müsbət enerji ötürmək qabiliyyətidir. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində Hollivud təbəssümü ilə yaddaşlarda qalan və qanuna uyğun olaraq ən inandırıcı təbəssümə sahib olan məşhurları seçib.

Amerikada aparılan sorğular əsasında məlum olub ki, ən gözəl təbəssüm XX əsrin ən valehedici sarışını Merlin Monroya xasdır. Sorğuda iştirak edənlər birmənalı olaraq bildiriblər ki, o bütün zamanların ən gözəl təbəssümə sahib olan qadınıdır. Monro parlaq, qeyri-adi dərəcədə ehtiraslı və seksual qadını kimi gülməyi bacarırd. Onun gülüşü həqiqətən də canlı və təsirli idi. O, uşaqsayağı gülməyi yaxşı bacarırdı. Onun həyatını araşdıranlar iddia edir ki, Merlin Monro bir neçə dəfə plastik əməliyyat keçirib. Keçən il çıxan sənədlər də sarışın şahzadənin burun və çənə nahiyəsində bir neçə dəfə ciddi əməliyyat keçirdiyini sübuta yetirmişdi. Bu sənədlər aktrisanı əməliyyat edən cərraha aid idi. Gənclik şəkillərinə baxsaq, əslində, onun ideal hamar dişlərinin də peşəkar diş həkimlərinin qüsursuz əl işi olduğunu deyə bilərik.

Мэрилин Монро

Ən skeptik proqnozlara inansaq, XX əsrin 50-ci illərində plastik cərrahiyyə hələ inkişaf etməmişdi. Qəhvəyi çalarlı qaşları, pişik gözləri, balaca səliqəli burnu, qalın dodaqları və az qala ideal hamar ağ dişlərini və təbəssümünü Merlin məharətlə nümayiş etdirirdi.

Culiya Roberts “Gözəlçə” filmi işıq üzü görəndən sonra birdən-birə populyar olmağa başladı. Onun gözəlliyinin əsas özəlliyi isə saf təbəssümündə gizlənir. Gəncliyində həddindən artıq utancaq olduğu üçün suallara gülümsəyərək cavab verirdi. Və bu təbəssüm təbii möcüzələr yaradır. Culiya Robertsin saf gülüşü onu digərlərindən fərqləndirən əsas keyfiyyətidir.

Джулия Робертс

Əfsanəvi müğənni Uitni Hyuston ömrünün son illərində dramatik hadisələr yaşamasına baxmayaraq, pop-mədəniyyəti tarixinə təkcə əbədi olaraq böyük müğənni kimi daxil olmayıb, həm də səmimi və şən insan kimi düşüb. Hətta həyatının ağır dönəmlərində də dodaqlarından gözqamaşdırıcı təbəssümü əskik olmurdu.

Уитни Хьюстон

Qüsursuz qadın və aktrisa Meqan Foks da proporsional qəşəng dişlərin sahibidir. Onun təbəssümü bir az dəhşət hissi oyadan məşum, vəhşi və aldadıcı qadını xatırladır. Milyon dollarlıq qadının bu təbəssümünün tayı-bərabəri yoxdur.

Меган Фокс

Komediya janrının əvəzolunmaz aktrisası Kameron Diazın böyük dişləri onun təbəssümü daha valehedici edir. Onun bu təbəssümü hər kəsə müsbət emosiyalar ötürür.

Кэмерон Диас

Holli Berri parlaq qadın xarizmasına malik olan ulduzdur. Onun xarizması isə gözəl təbəssümündə gizlənib. Gülüş insanı cavanlaşdırır məsəli elə bilirsiniz yalandır? Holli Beri bu məsəlin bariz nümunəsidir. Yaşı 48 olsa da, məhz bu təbəssümü aktrisanın gəncliyini qoruyub saxlayır və hər zaman çəkici göstərir.

Холли Берри

Deyirlər ki, aktrisa Keyt Bekinseylin təbəssümü ən peşəkar diş həkimlərinin əməyidir. Bu gün o, Hollivudun ən sakit və gözəl təbəssümə malik olan ulduzlarından biri sayılır.

Кейт Бекинсейл

Modellər podiumda ciddi və qaşqabaqlı gəzsə də, qırmızı xalıda bal dodaqlardan süzülən Hollivud təbəssümü əskik olmur. İrina Şeykin həcmli dodaqlarında yaranan təbəssümü zamanı görünən inci kimi dişləri kişiləri heyran edir.

Selena Qomezi sevənlər çox olmasa da, məsum təbəssümünün onu gözəl göstərdiyi inkar olunmazdır. O da Hollivudun ən valehedici təbəssümünə malik olan ulduzları siyahısa daxildir.

Selena Gomez Hot Picture Wallpaper

Ancelina Coli. Bu dodaqlarda onun təbəssümü necə pis ola bilər axı?! Böyük ağappaq dişləri ulduzu pis vəziyyətdə qoymur. Planetin əksər kişiləri onun bu gülüşünə sitayiş etməyə belə hazırdır... Hətta ağır xəstəlik keçirməyinə baxmayaraq, pozitivliyini qoruyub saxlayır. Xeyirxahlıq mələyinin gülüşü bütün qəlblərə məlhəm ola bilər.

Tünd dərili ulduzu - Beyonsu kişilərin niyə sevdiyini hələ də bilmirsiniz? Onu cəlb edən təkcə seksual bədən quruluşu və tünd dərisi deyil. Onun kişilərin sevimlisinə çevrilməsinin əsas səbəbi xoş aurası və pozitivlik yayan təbəssümüdür. Onun bu təbəssümü olmasaydı, bəlkə də bu qədər sevilməzdi...

Bred Pitt Hollivudun kişi seks-simvol etalonu hesab olunur. O, özündən əmin, amma bir qədər təmkinli təbəssüm sərgiləyir.

Брэд Питт

Metyu Makkonaxinin nurlu, qəşəng təbəssümü gənc qızları ona vurulmağa məcbur edir. O, bu təbəssümü ilə istənilən qadının qəlbini əsir ala bilər.

Мэтью Макконахи

Özün haqqında xoş təəssürat yaratmağın birinci yolu təbəssümdür. Həyatınızda nə baş verməsindən asılı olmayaraq hər zaman gülümsəyin, dostlar!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm