"Burberry Prorsum" moda evinin yaz-yay 2015 kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

"Burberry Prorsum" moda evinin yaz-yay 2015 kolleksiyası - Fotolar

"Burberry Prorsum" moda evinin yaz-yay 2015 kolleksiyası

London moda həftəsinin ən çox gözlənilən nümayişlərindən biri "Burberry" moda evinin 2015 yaz-yay kolleksiyası idi. Bu nümayişdə moda evinin istedadlı və kreativ direktoru dəbsevərlərə əsl dəb təntənəsi yaşadıb.

“Quşlar və arılar" - ingilis dilində olduqca oynaq deyimdir. Kristofer Beyli podiumu bu təsvirlərə qərq etməyi qərara alıb. Belə ki, "Burberry Prorsum" yaz-yay 2015 kolleksiyasında həşərat, arı, quş və qrafik gül təsvirlərini klassik plaşların üzərinə köçürüb. Plaşların iri həcmli cibləri xüsusi diqqət çəkir.

Yaz-yay rənglərini özündə əks etdirən plaşlar və çantalar da təqdirə layiqdir. Qrafik printlər paltarlarda olduğu kimi çantalarda da diqqəti cəlb edir.

Cins gödəkçələrin yaxalığını dəvəquşu xəzi işlənmiş bəzəklər gecə obrazını tamamlamaq üçün maraqlı yanaşmadır.

Ayaqqabılarda isə Beyli idman tərzinə meyl edib. Yay üçün daha bir ideal variant isə Birkenstock üslubunda - səndəllərdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm