Mükəmməl makiyaj etmək üçün nəyi bilmək lazımdır?
Bizi izləyin

Tabloid.az

Mükəmməl makiyaj etmək üçün nəyi bilmək lazımdır?

Mükəmməl makiyajın üsulları

Kosmetik vasitələrin hər birinin adını bilmək təbii ki, alqışa layiqdir. Dodaq boyası, göz kölgəsi, layner, qələm, tuş və s. Lakin mütəxəssislər vurğulayırlar ki, mükəmməl makiyaj dərinin baza makiyajından asılıdır. Deməli üzü mükəmməl makiyaj etmək üçün baza mərhələsi haqqında daha çox məlumata malik olmalıyıq.

Tabloid.az bu yazısında əslində makiyajın nədən başlandığı haqqında məlumat verəcək.

Əgər biz praktikadan deyil, makiyajı vurmaq nəzəriyyəsindən danışırıqsa, öncə gündəlik həyatımızda üzləşdiyimiz, lakin fərqləri və mənaları haqqında məlumatsız olduğumuz makiyaj anlayışını araşdırmalıyıq. Bu korrektordur.

Korrektə edən bütün məhsulları iki qrupa ayırmaq olar:

Korrektor-konsiler və ya haylayter

İlüminator konsiler

Birinci qrupa daxil olanlar tərkibində işıq əks etdirən hissəciklərin olmamasına baxmayaraq, dəri çatışmazlıqlarını örtmə qabiliyyətinə malikdir. Gözətrafı qara kölgələri, kiçik səpkiləri, piqment ləkələrini, qızartıları və digər dəri çatışmazlıqlarını örtmək üçün ideal məhsuldur. Bu məhsulları birinci qrup, yəni korrektor-konsiler qrupuna aid etmək olar.

İllüminator qrupu çatışmazlıqları örtmək üçün nəzərdə tutulmayıb, lakin tərkibində olan işıq əks etdirən hissəciklər sayəsində korrektə etməyə kömək edir, eləcə də dəriyə təravət bəxş edir.

Məsələn, burun-dodaq büküşlərini ağartmaq vasitəsilə onları daha az nəzərəçarpan etmək mümkündür. Və ya almacıqlara çəkdikdən sonra onlar daha da gözəçarpan olur. Dodaq ətrafına çəkdikdən sonra dodaqlar vizual daha həcmli görünür. Qaşaltı və qaşüstü zonaya çəkdikdə qaşların konturu daha dəqiq görünür və gözlər daha çox vurğulanır.

Əgər gözləriniz bir-birinə yaxın yerləşirsə, gözlərin yaxın künclərinə bir damcı haylayter vurmaq onları vizual olaraq bir- birindən “uzaqlaşdıracaq”.

Belə məhsulları problemli ərazilərə çəkmək olmaz, çünki bununla həmin problemə, məsələn, sızanağa daha çox diqqət cəlb etmiş olacaqsınız.

Bundan əlavə haylayterdən həddən artıq çox istifadə etmək də olmaz, çünki həddən çox ağarmış hissəni üzdəki xoşagəlməz parıltı ilə çaşdırmaq olar.

Haylayter tonal krem çəkildikdən sonra istifadə olunur, konsiler isə həm öncə, həm də sonra istifadə oluna bilər.

Tonal məhsullara gəldikdə də onlardan istifadə ilə bağlı sirlər var.

Yüngül makiyaj etmək üçün nəmləndirici kremlə tonlaşdırıcı kremi qarışdırıb istifadə edə bilərsiniz.

Əgər təbii örtük əldə etmək istəyirsinizsə, tonal kremi nəm süngər ilə çəkməyiniz məsləhətdir. Bu halda həm təbii örtük əldə edəsəksiniz, həm də tonal məhsulunuza qənaət etmiş olacaqsınız, çünki nəm krem nəm süngərə o qədər də hopmur.

Üzü korrektə etmək üçün iki rəngdə tonal krem istifadə etmək lazımdır: nisbətən tünd və nisbətən açıq. Tünd rəngi üzün örtmək və ya kiçiltmək istədiyimiz hissələrinə, nisbətən açıq rəngli kremi isə vurğulamaq istədiyimiz hissələrinə çəkirik. Bir sözlə, üz ovalına daxil olan hissələri işıqlandırmalı, ovaldan kənara çıxan hissələri isə tündləşdirməliyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm