Humay Qədimova böyük vədlər verdi
Bizi izləyin

Tabloid.az

Humay Qədimova böyük vədlər verdi

Tarzən Humay Qədimova musiqili layihə üzərində çalışır. Sənətçi yaxın zamanlarda tar, ud, milli saz, aşıq musiqisi, özünün vokal ifası və poeziyanın vəhdətindən ibarət layihəni ictimaiyyətə ərməğan edəcək. Bu tandemə Humayın sənətçi dostları da öz töhfəs

Tarzən Humay Qədimova musiqili layihə üzərində çalışır. Sənətçi yaxın zamanlarda tar, ud, milli saz, aşıq musiqisi, özünün vokal ifası və poeziyanın vəhdətindən ibarət layihəni ictimaiyyətə ərməğan edəcək. Bu tandemə Humayın sənətçi dostları da öz töhfəsini verəcək. Proses başa çatmadığından detalları açıqlamayan H.Qədimovanı fikrincə, həm milli, həm də müasir musiqi zövqlü insanların qəlbini oxşayacaq.

“Bu layihə ilə “Humay tar çalırdı, keçdi ifaçılığa” kimi fikirlərə də son qoyulacaq. Bir sözlə, layihə peşəkar səviyyədə təqdim olunacaq” – deyən H.Qədimovadan gələcəkdə tar və simli alətlərdən ibarət ansambl yaratmaq ideyasının olduğunu xəbər aldıq. Humay isə düşünür ki, tarın təqdimatında hələ qatı açılmayan layihələr həyata keçirmək mümkündür:

Xatırladaq ki, Natiq Şirinovun adını daşıyan qrup nağara alətinin təkcə ansamblın tərkibində deyil, böyük heyətlə böyük səhnələrdə ifasını coşqulu şəkildə nümayiş etdirir.

“Tar milli alət sayıldığından, eyni zamanda imkanları məhdud çərçivədə olduğundan, onunla istənilən layihəyə imza atmaq cəsarət tələb edir. Mən bu baryeri dəfələrlə aşa bilmişəm. Tarın nəyə qadir olduğunu bilirəm. Repertuarı bu nöqteyi nəzərdən, eyni zamanda bu günkü nəslin tələbatını nəzərə alaraq, qurmaqda davam edirəm. Natiq Şirinovun qrupundan söz düşdüsə, deyim ki, nağara vaxtilə ansamblın tərkibində çalınırdısa, bu gün ona tək ritm tutan alət kimi baxılmır. Böyük səhnələrdə tamaşaçıları coşdura bilən kompozisiyalar səsləndirir. Tarın imkanı isə bir başqadır. Onunla istənilən şounu yaratmaq mümkün deyil, amma peşəkar səviyyədə yanaşanda elə bir əsər çalmaq olur ki, musiqini duyan və duymayan, bu coşquya həsəd aparır. Mən milli dəyərlərimizi qorumaq şərti ilə, eyni zamanda, müasir tələbləri nəzərə alaraq, növbəti layihələrimdə bu coşqunu yaratmaqda davam edəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm