Faiq Ağayev anasını Müşərrəf Akayla görüşdürdü - Fotolar
Bizi izləyin

Tabloid.az

Faiq Ağayev anasını Müşərrəf Akayla görüşdürdü - Fotolar

Türkiyəli müğənni Müşərrəf Akayın xalq artisti Faiq Ağayevin dəvəti ilə Bakıya gəlməsi barədə xəbər vermişdik.

Türkiyəli müğənni Müşərrəf Akayın xalq artisti Faiq Ağayevin dəvəti ilə Bakıya gəlməsi barədə xəbər vermişdik.

Tabloid.az xəbər verir ki, F.Ağayev anası Səfiyyə xanımı Müşərrəf Akayla görüşdürüb. Onların birgə fotosunu isə “Facebook” və “İnstagram”da paylaşaraq “Mən, anam və əzizim Müşərrəf Akay”- qeydini yazıb.

Yeri gəlmişkən, hazırda Bakda qonaq olan Müşərrəf Akay “Günəbaxan” verilişində ikinci həyat yoldaşının azərbaycanlı olduğunu deyib:

“Mənim ikinci həyat yoldaşım Əkbər Gəncədən idi. Mən də Azərbaycan gəlini olmuşam. Bu ölkəyə olan sevgimdən azərbaycanlıya ərə getdim”.

Qeyd edək ki, Faiq Ağayevlə Müşərrəf Akay birgə layihə reallaşdıracaqlar. Cütlük duet oxuyacaq. Mahnılardan birinin klipi də Bakıda çəkiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm