Ulduzların seksual saç düzümlərini təkrarlamağın qaydaları
Bizi izləyin

Tabloid.az

Ulduzların seksual saç düzümlərini təkrarlamağın qaydaları

Ulduzların seksual saç düzümlərini təkrarlamağın qaydaları

Qırmızı xalıya çıxacaq ulduzlar üçün obraz yaradanda stilistlər eksperiment aparırlar və yeni saç düzümləri fikirləşirlər. Çünki onların əl işləri xeyli tərif və ya tənqid edilir.

Rusiya mətbuatı saç düzümü ilə seksual obrazları yaradılan üç ulduzu müəyyənləşdirib. Tabloid.az xəbər verir ki, imicmeyker Yevqeni Trefilov həmin saç düzümlərini təkrarlamağın yollarını açıqlayıb.

Beləliklə, Hollivud buruqları ilə göz oxşayan Cessika Alba

Джессика Альба
Hollivud buruqları saç rəngindən, sifət quruluşundan asılı olmayaraq, bütün qadınlara yaraşır. Tələb olunan odur ki, saç uzun və baxımlı olsun. Əgər saç telləriniz zədələnibsə, buruq etməzdən öncə onların qayğısına qalın ki, bərpa olunsun. Bu cür buruqları almaq üçün xüsusi fenlər var. Saçları üzə doğru burun və sonra yüngül saç lakı sürtün.

Bəzi saç telləri qəsdən buraxılmış, bir növ səliqəsiz yığılmış saç modeli Byanka Baltinin gözəl gözlərini ön plana çıxarıb.

Бьянка Балти

Bu saç düzümü etmək olduqca asandır. Sadəcə saçı öncədəm bu modeli yığmağa hazırlamaq lazımdır. Beləliklə, saçı daraqla şişirdin (naços etmək) ki, onun səliqəsizlik və həcmli görüntü verə biləsiniz. Sonra yüngülcə saçları başın ortasından bir balaca aşağıda toplayın. Amma toplanmış saçı çox sıxmayın ki, başınızda az saç olması görüntüsü ortaya çıxmasın. Əks halda seksual görüntünü ağlınızdan keçirməyin.

At quyruğu saç düzümü Sandra Balloko çox yaraşır.
 Сандра Буллок
Hündürdən yığılmış at quyruğu saç düzümü demək olar ki, bütün qadınlara yaraşır. Üz quruluşunun hansı tip olmasında asılı olmayaraq, bütün qadınlar saçlarını bu model toplayıb, gözəl görünə bilərlər. Əsas odur ki, çənə və boyun nahiyəniz ətli olmasın.

At quyruğu modeli üçün saçları adi qaydada, möhkəm yığın və hamarlıq üçün saç lakı səpin. Saçın toplandığı rezinkanı gizlətmək üçün saçdan bir qədər götürün və rezinkanın üstünə dolayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm