“Sap yumaqcığı” – Resept
Bizi izləyin

Tabloid.az

“Sap yumaqcığı” – Resept

Tabloid.az həm görünüşü, həm də ləziz dadı ilə insanda bağlılıq yaradan “Sap yumaqcığı”nın reseptini təqdim edir:

Tabloid.az həm görünüşü, həm də ləziz dadı ilə insanda bağlılıq yaradan “Sap yumaqcığı”nın reseptini təqdim edir:

İnqrediyentlər:

Qiymə - toyuq əti 300 qram

Mayasız qat-qatlı xəmir 125 qram, marketlərdə hazır satılır

1 ədəd yumurta sarısını

1 ədəd baş soğan

Ədviyyat zövqə görə

Duz, qara istiot

Toyuq qiyməsinə xırda doğranılmış soğan, bitki ədviyyatları, duz, istiot əlavə edin.

Xəmirin donunu açın, xəmiri uzununa nazik kəsin. Qiymədən kiçik, yumru formada toplar düzəldin.

Ona kəsdiyiniz xəmirləri sarıyın, sanki sap yumağına sap sarıyırsınız.

Yumaqcıqlar hazır olduqda üzərinə yumurta sarısı çəkin və sobada 180-200 dərəcədə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm