Ətəyinin ölçüsünə baxaraq xərçəng olub olmayacağını öyrən!
Bizi izləyin

Tabloid.az

Ətəyinin ölçüsünə baxaraq xərçəng olub olmayacağını öyrən!

Kök qadınların döş xərçənginə yaxalanma riskini 33 faiz artıran nədir?

Xərçəng xəstəliyi ilə bağlı aparılan son araşdırmalar maraqlı nəticələr ortaya çıxarıb.

Məlum olub ki, qadının geyindiyi ətəyin ölçüsü böyüdükcə xərçəng xəstəliyinə yaxalanma riski də çoxalır. Alimlər bildirirlər ki, iyirmi yaşından klimaks dövrünə kimi bütün qadınlar xərçəng riski ilə üz-üzədir.

Tədqiqatların nəticəsi göstərir ki, xüsusilə qarın bölgəsindəki piylənmə xərçəng riskini artırır.

Orta yaş dövründə qısa müddətdə çox kilo alan, yəni, ətəyinin ölçüsü böyüyən qadınların xərçəngə yaxalanma riski 33 faiz arta bilir.

Həkimlər qadınlara ətək ölçülərinə diqqət etməyi məsləhət bilirlər. 5 il öncə aldığınız ətək indi sizə kiçik olursa, deməli tezliklə pəhriz saxlayıb arıqlamalı və ömür boyu ideal kiloda qalmalısınız.

90 min qadının iştirak etdiyi araşdırma göstərir ki, kök xanımlar mütləq ildə bir dəfə müayinədən keçməlidirlər.

Professor Uşa Menon araşdırma ilə bağlı “BBC”-yə açıqlama verib. O, araşdrıma çərçivəsində İngiltərədə yaşayan 50-60 yaşındakı 90 min qadının kilo və sağlamlıq vəziyyətlərini izlədiklərini bildirib.

“Üç il davam edən tədqiqatlar zamanı bu qadınlardan 1090-da döş xərçəngi aşkarlamışıq. Bir qadının 25 yaşından klimaks dövrünə kimi olan dövrdə geyindiyi ətəklərin ölçüsü hər on ildən bir böyüyürsə, məsələn, 40-dan 42-yə yüksəlirsə, o qadının döş xərçənginə yaxalanma riski 33 faiz artır. Ölçünüz 40-dan 44-ə qalxsa, onda bu risk 77 faiz təşkil edir.

Döş xərçəngi mütəxəssisi Simon Vinsent isə bu xəstəliyin davamlı idmanla məşğul olan, sağlam qidalanan və ideal kiloda qalan qadınları daha az təhdid etdiyini vurğulayıb. Həkim bildirib ki, məhz buna görə də, xüsusilə 40 yaşdan böyük olan qadınlar spirtli içkidən, siqaretdən uzaq durmalı, həftənin 4 günü idmanla məşğul olmalıdırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm