Paris moda həftəsində dəb üsyanı - Fotolar
Bizi izləyin

Tabloid.az

Paris moda həftəsində dəb üsyanı - Fotolar

Paris moda həftəsində dəb üsyanı

"Chanel"-in "Grand Palais"-də baş tutan yeni yaz-yay kolleksiyasının nümayişini Karl Laqerfeld məharətlə etiraz marşına çevirib. Bir də axı dəbdə olan etirazı Parisdən başqa harada təşkil etmək olar ki?

Dəfilənin sonunda qızlar əlinə feminizm çağırışı tipli etiraz lövhələri alaraq etirazlarını nümayiş etdiriblər. Üsyanın başçılığı isə britaniyalı gözələ həvalə ediblər. Belə ki, modellərin etirazlarına səsgücləndirici ilə Karl Laqerfeldin gənc muzası və sevimli modeli Kara Delevin rəhbərlik edib. Modellər "Qoy, kişilər də uşaq daşısınlar", "Moda ilə məşğul olun, müharibə ilə deyil" və "Öz şəxsi stilistin ol" şüarları ilə görünüblər.

Yeni kolleksiyaya gəldikdə isə qeyri-adi, avanqard və klassik üslubun qovuşduğunu hiss edirik. Modellər podiuma bir-birindən rəngli geyimlərdə çıxıblar. Hətta ayaqqabılar rənglərin kəskin hücumuna məruz qalıb. "Chanel"in əvəzolunmaz sırıqlı çanta modellərinə isə demək olar ki, rast gəlinmir. Sırıqlı çantalar kiçik, çamadana bənzər əl çantaları ilə əvəz olunub.

Tabloid.az yeni kolleksiyanı təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm