• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Yorğunluq yaradan qidalar

Yorğunluq yaradan qidalar

Günə pozitiv və enerjili şəkildə başlasanız belə, günortadan sonra birdən-birə özünüzü yorğun hiss edirsiniz?

Onda günahı səhər yeməyində yediyiniz qidalarda görməlisiniz. Çünki bəzi qidalar səhər yeyildikdə enerjini azaldır və insanın özünü yorğun hiss etməsinə səbəb olur. Bəs bu qidalar hansılardır?

Banan

Banan və ya qabaq tumu kimi tərkibində bol miqdarda maqnezium olan qidalar insanı yorur. Mütəxəssislər bildirirlər ki, maqneziumlu qidalar yatmadan öncə yeyilməlidir. Ancaq bu tip qidaları günə başlayarkən ya da günün ortasında yemək enerjinizi azalda bilər.

Ağ çörək

Tam taxıllı çörəklər və qəhvəyi rəngli düyü günortalar üçün daha uyğun qidalardır. Ağ çörək, ağ düyü kimi tərkibində yüksək miqdarda karbohidrat olan qidalar həm insanı tez acdırır, həm də yorğunluğa səbəb olur.

Qırmızı ət

Tərkibində çoxlu yağ olan qırmızı ət yedikdən 1-2 saat sonra özünüzü olduqca yorğun hiss edəcəksiniz. Çünki həmin yağları yandırmaq üçün çoxlu enerji lazım olur. Yəni, bədənin bütün enerjisi mədənizdəki ətin həzminə və daha sonra da ətin tərkibindəki yağların parçalanmasına sərf olunur. Mütəxəssislər ət yerinə balıq yeməyi tövsiyə edirlər. Balığın tərkibindəki Omega 3 yağları gün boyu enerjili və pozitiv olmağınıza kömək edəcək.

Albalı

Araşdırmalar göstərir ki, albalı və albalı suyu təbii yuxu dərmanıdır. Albalını təbii yuxu gətiriciyə çevriən tərkibindəki melatonin maddəsidir. Yuxunu tənzimləməyə kömək edən albalını günorta saatlarında yemək məsləhət görülmür.

Şirniyyat

Naharda şirniyyat yemək də gün içində özünüzü yorğun hiss etməyinizə səbəb olur. Buna səbəb şəkərli qidaların beyində çoxlu triptofan amin turşusunun əmələ gəlməsinə gətirib çıxarmasıdır. Nəticədə bədəndə insulinin səviyyəsi artır. Bu da sizin özünüzü yuxulu hiss etməyinizə səbəb olur.

Qəhvə

Belə bir fikir var ki, tərkibində kofein olan qəhvə və çay yuxunu dağıdır. Əslində isə çay və qəhvə insanın özünü yorğun hiss etməsinə səbəb olur. Qəhvə içmək bir saat yarım ərzində ani şəkildə enerjini yüksəltsə də, sonra sürətlə enerjinin azalması ilə nəticələnir. Mütəxəsislər gün ərzində 200-300 miliqram kofein qəbul etməyin normal olduğunu, ancaq bunu gün ərzində saatlara bölməli olduğunu bildirirlər. Onlar gün ərzində 2-3 fincan çay və ya qəhvə içməyin zərərli olmadığını deyirlər. Diyetoloqlar isə həm ideal çəkidə qalmaq, həm də gün ərzində enerjili hiss etmək üçün səhərlər mütləq südlə yulaf yeməyi məsləhət bilirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR