Dərini qocaldan qidalar
Bizi izləyin

Tabloid.az

Dərini qocaldan qidalar

Süd, badam, duzsuz fındıq dərini bəsləyir. Gözəl və hamar dəri naminə quru üzüm, bal, simit, çips, partlamış qarğıdalı, qızarmış toyuqdan uzaq durmaq lazımdır.

Qidaların sağlamlığımıza təsiri müzakirə olunmaz bir həqiqətdir. Bəzi qidalar dərimizi yaxşılaşdırır, bir qrup qida isə əksinə onu solğunlaşdırır, elastikliyini və canlılığını itirir. Süd, badam, duzsuz fındıq dərini bəsləyir. Gözəl və hamar dəri naminə quru üzüm, bal, simit, çips, partlamış qarğıdalı, qızarmış toyuqdan uzaq durmaq lazımdır.

1960-cı illərdən bəri süd istehlakı ilə dəri sağlamlığı arasında əlaqəni müəyyən etmək üçün araşdırmalar aparılır. Bu araşdırmaların əksəri südün ən az dərman qədər dərinin müalicəsində əhəmiyyətli olduğunu üzə çıxardıb. Lakin 2010-cu ildə aparılan bir araşdırma süd istehlakı ilə dəridəki iltihablı sızanaqlar arasında konkret əlaqəni üzə çıxarmasa da, tədqiqatlar yağsız südün istifadəsinin daha məqbul olduğu qənaətinə gəlmişdilər. Odur ki, sızanaqdan əziyyət çəkənlər bununla bağlı dermatoloqlardan yardım istəməlidirlər.

Ara yeməklər də dəriyə zərər verə bilir. Xüsusilə, qlisemik indeksi yüksək olan qidaların başında kişmiş, bal, simit, çipsi, makaron kimi qidalar gəlir. Çünki bu qidalar insulin səviyyəsində pozğunluqlar meydana gətirə bilir. Bu qidalardan imtina edilməsi dəri sağlamlığı və arıqlamaq üçün çox əhəmiyyətlidir. Sadə karbohidratları və yüksək qlisemik indeksli qidaları qatıq, süd kimi məhsullarla birlikdə yemək uyğundur.

Yüksək temperaturda bişirilən ətlərdə yağ və zülal arasında kimyəvi reaksiya əmələ gəlir. Yaşlandıqca bu ərzaqların dəriyə mənfi təsiri daha da güclənir, qırışların yaranması sürətlənir. Çipsi, partlamış qarğıdalı, kreker və bu qəbildən olan qidalar suyu orqanizmdə saxlayır. Göz altında şişkinliklər yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm