Məsum qız seksual obrazda - Fotolar
Bizi izləyin

Tabloid.az

Məsum qız seksual obrazda - Fotolar

"Təcavüz səhnələrinə çəkilərkən..."

Bu gün “Şirin söhbət”də bir dünya gözəlinin ən səmimi açıqlamalarını oxuyacaqsınız. 2002-ci ildə Türkiyə gözəli seçildikdən sonra, elə həmin il “Miss World” yarışmasında qalib gələrək “Dünya gözəli” ünvanına layiq görülən Azra Akın son günlər rol aldığı filmlə gündəmdədir.

AZRA AKIN'LA ELLE ÖZEL

Türkiyənin ən yaraşıqlı kişisi hesab olunan model və aktyor Kıvanç Tatlıtuğla bir vaxtlar eşq yaşayan Azra Akın şou-biznes gündəmini daim məşğul edirdi.

Ancaq Kıvançdan ayrıldıqdan sonra aktrisalığa meyil edən gözəl model daha çox qabiliyyəti ilə diqqət çəkməyə çalışdı. Lakin bir sıra seriallarda rol alsa da, yaşıdları Beren Saat, Tuba Böyüküstün kimi populyarlaşa bilməyən Azra Akın son filmi ilə taleyinin dəyişəcəyini gözləyirdi.

33 yaşlı aktisa bu günə kimi üz cizgilərinin məsumluğuna görə, rejissorlar tərəfindən saf, təmiz qız rollarına dəvət edilib. O ilk dəfə yeni filmi “Çilek”də (“Çiyələk”) tamamilə fərqli bir obraz canlandırdığı üçün çox həyəcanlanıb. Filmdə seksual, ehtiraslı bir qızı canlandıran Azra rolunun inandırıcı təsir bağışlaması üçün saçlarını qırmızıya boyadıb.

Sevişmə səhnələrinə də çəkilən aktrisa “Hürriyət”ə verdiyi müshibədə çəkilişlər zamanı yaşadıqlarından bəhs edib.

Müsahibəni olduğu kimi təqdim edirik:

- Sən saflığın, məsumiyyətin simvolu kimi tanınırsan. Bu sənin imicinin bir hissəsi idi?

- Yox, elə deyil. Üz cizgilərimə görə, həmişə elə rollara dəvət alırdım. Mənim içimdə bir uşaq gizlənib. Onu göstərməkdən utanmıram.

Azra Akın: Küfür etmem ama robot da değilim!

- Daim eyni tip rollarda rol almaqdan sıxılmadın?

- Cəmiyyət insanları müəyyən çərçivələrə salmağı xoşlayır. Bu məni narahat edir. Çünki sərhədləri aşmağı sevən bir qadınam.

- Yeni filmində seksual bir obrazı canlandırırsan. Bu da çərçivələrdən çıxmaq üçün atdığın bir addımdır?

- Kiçik yaşlardan etibarən bu işlə məşğulam. Artıq gənc bir qız qadına çevrilir, böyüyür. Rəqs yarışmasında iştirak edəndə də özümün bu tərəfimi kəşf elədim. Qadına məxsus seksuallığı, cazibədarlığı əks etdirmək xoşuma gəlir.

- İndi daha cəsarətlisən?

- Mən həmişə cəsarətli olmuşam. Gənc yaşda bir ölkədən başqasına tək getmək cəsarət tələb etmir?! Həmişə özümə inanmışam.

- Üzün həmişə gülür, daim gülümsəyirsən. Hətta sənə “Türkiyənin gülən üzü” də deyirlər. Heç əhval ruhiyyən pis olduğu halda kameralara gülümsəmisən?

- Yox. Özümə qarşı həmişə dürüstəm. İçimdən gəldiyi kimi hərəkət edirəm Uşaqkən də belə idim, həmişə gülümsəyirdim.

- Qadına şiddətə qarşı təşkil olunan kampaniyalarda iştirak etmişdin. Səncə Türkiyədə qadın olmaq çətindir?

- Sadəcə Türkiyədə deyil, eləcə də dünyada qadın olmaq çox çətindir.

- Hansı çətinliklər səni narahat edir?

- Uşaqlarımızı düzgün maarifləndirmirik. Məsələn, qız uşaqlarına xarici görkəmlərinə görə, bir-birləri ilə yarışmağı təlqin edirik. Ancaq önəmli olan onların bacarıqları, cəsarətləridir. Özünə inam sadəcə xarici görünüşlə əlaqəli olmamalıdır. Mən qızların, qadınların özlərini sevmələrini, özlərinə güvənmələrini istəyirəm.

- Axı sən də qadınların xarici görünüşə görə, qiymətləndirildiyi bir yarışmada iştirak etmisən. Həyatımıza belə daxil olduğunu nə tez unutdun.

- Təbii ki, o yarışmanın mövzusu gözəllik idi. Ancaq “Dünya gözəllik yarışması” əslində 1951-ci ildə ehtiyacı olanlara kömək etmək məqsədilə təşkil olunub. Mən uşaqlığımdan bəri insanlara kömək edə biləcəyim bir işim olmasını arzulamışam. İndi də əlimdən gəldiyi qədər xeyriyyəçilik işləri ilə məşğul oluram. Bir qadının sadəcə xarici görünüşünə görə tənqid olunması ruh sağlamlığı üçün çox təhlükəlidir.

- Sən dünya gözəli olduğun üçün belə asanlıqla danışa bilirsən.

- Yox. Mənim də bəzən özümə inamadığım, gücsüz hiss etdiyim vaxtlar olur. Özümüzü sevərək bu mənfi hisslərdən xilas ola bilərik. İndiki gənc qızlar arıqlamaq üçün təhlükəli pəhrizlər saxlayırlar. Çox kədərlənirəm. Uşaqlara bədənlərini tanımalarını öyrətməli, özlərini olduqları kimi sevməli olduqlarını aşılamalıyıq.

- Belə deyirsən, amma özün olduqca arıqsan, nərmə-naziksən.

- Əslində yeməyi çox sevirəm. Mənim bədən quruluşum belədir. Mənə miras kimi keçib. Bədənimi tanıdığım üçün necə qidalanmalı olduğumu da bilirəm.

- İki ildir haralarda idin?

- Çox yorulmuşdum. Həm də həyatda durğun dövrlər də olur. Ancaq mən bu dövrü olduqca məhsuldar keçirdim. Çoxlu səyahət etdim, bol-bol kitab oxudum.

- Baş rol aldığın “Çilek” macəra filmidir. Deyəsən, Ancelina Colinin izindəsən. Səncə bu film “Tomb Raider”lə müqayisə oluna bilər.

- Niyə də olmasın. Macəranı sevən bir qadınam. Əvvəllər də çəkilişlər zamanı dublyordan istifadə etmədən təhlükəli səhnələrdə rol almışam. Ata minmişəm, 6-cı mərtəbənin balkonundan düşmüşəm.

- “Çilek” nədən bəhs edir?

- Bu, bir qaçış hekayəsidir. İnsanların xəyallarının ardınca getməli olduqlarını vurğulanır.

- Bir qədər də canlandırdığın obrazdan bəhs et.

- Mən Çilək adlı obrazı canlandırıram. Məndən çox fərqli bir qadındır. Ona görə də obraz xoşuma gəldi. Uzun müddətdir fərqli bir rol axtarışında idim, tapdığım üçün özümü çox şanslı hiss edirəm.

- Filmdə söyüş də söyürsən. izləyəndə çox təəccübləndim, Azra Akın da söyüş söyərmiş dedim.

- Mən söymürəm, Çilək söyür. O, mən deyiləm, canlandırdığım obrazdır.

- Gündəlik həyatda söyüş söymürsən?

- Yox, elə bir insan deyiləm. Ancaq heç birimiz robot deyilik, çox əsəbiləşəndə hər şey ola bilər.

- Filmdə təcavüz və sevişmə səhnələrin var. Bir çox aktrisa təcavüz səhnəsindən sonra günlərlə özlərinə gələ bilmədiklərini deyirlər. Sənə necə təsir etdi?

- Mən sadəcə rol olduğunun fərqində idim. Sadəcə rolumu oynadım.

- Filmdə səni əlində silahla görürük, adam vurursan, söyüş söyürsən, təcavüzə məruz qalırsan. Öyrəşdiyimiz Azra Akından gözlənilməyən bir obraza həyat vermisən.

- Fərqli rolların karyerama yaxşı təsir edəcəyini düşünürəm. Yenilikləri kəşf etmək mənə azadlıq verir. Hazırda iki film ssenarisi oxuyuram, həmin obrazlar da çox fərqlidirlər. Düşünüb hansını canlandıracağıma qərar verəcəm.

- Sənin də Türkan Şoray kimi “əsla öpüşmərəm, sevişmərəm” kimi qanunların var idi?

- Yox. Əgər həmin səhnələr obrazın daha inandırıcı təsir bağışlaması üçün vacibdirsə, bunu göstərməyin tərəfdarıyam.

- Fimdə mahnı da oxuyursan. Albom təklifi gəlsə, qəbul edərsən?

- Yeni təkliflərər həmişə açığam. Filmdə də o səhnəni canlandırarkən çox əyləndim.

- Dünyanın ən gözəl qadını olmaq necə bir hissdir?

- İnan mən bunu heç fikirləşmirəm. özümüzü sevməliyik, dəyər verməliyik, amma bu özünü bəyənmişliyə çevrilməməlidir.

- Gözəlliyin başqalarında qısqanclıq yaradır?

- Qısqanclıqla çox üzləşmişəm. Əvvəllər bunu qəbul eləmək istəmirdim, çünki kiminsə məni qısqandığını hiss edəndə onunla əlaqələri qırmağa məcbur olurm. Bunu istəmirəm, amma başqa çarə qalmır.

- Deyirlər “Gözəl qadınlar axmaq olurlar”. Belə stereotiplərlə qarşılaşmısan?

- İrəlini görə bilməyən insanlardan uzaq durmağa çalışıram. Bu tip insanlar var, ancaq onların nə düşündükləri məni maraqlandırmır.

- Belə fikirləşən biri ilə eşq yaşaya bilərsiniz?

- Əlbəttə, yox. Elələri məndən uzaq olsunlar.

- Qəlbini fəth etmək üçün çox yaraşıqlı olmaq lazımdır?

- Elə bir qayda qoymamışam. Hər şey ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm