Kişi sağlamlığının keşiyini çəkən qidalar
Bizi izləyin

Tabloid.az

Kişi sağlamlığının keşiyini çəkən qidalar

Kişilərin ən əsas hormonu – testosterondur. Buna görə də, kişilərə testosteronun səviyyəsini saxlamağına kömək edən məhsullar qəbul etmək vacibdir. Kişilərin sağlamlığına vacib olan ikinci komponent – sinkdir. Məhz bu elementin yoxluğu kişilərin dərilərin

Kişilərin ən əsas hormonu – testosterondur. Buna görə də, kişilərə testosteronun səviyyəsini saxlamağına kömək edən məhsullar qəbul etmək vacibdir. Kişilərin sağlamlığına vacib olan ikinci komponent – sinkdir. Məhz bu elementin yoxluğu kişilərin dərilərinə pis təsir göstərir.

Kişiləri sağlamlığını qoruyan ən vacib amillərdən biri də - sidik-tənasül xəstəliklərinin, xüsusən də - prostatın yaranmasını əngəlləyən edən məhsullardır.

Tabloid.az kişilərin sağlamlığının keşiyində dayanan qidaları təqdim edir:

Ət məhsulları

Qaynadılmış halda yemək daha məsləhətdir. Ət bulyonu, steyk - ən qədim kişi yeməyi, aktuallığını indi də qoruyub saxlayır.

Kəsmik

Əzələ toplanmasına və formada qalmaq üçün çox vacibdir. Kəsmiyin tərkibində olan zülal – gec həzm olunur və əzələlərə lazımı olan enerjini uzun müddət qoruyub saxlayır. Xüsusən idmanla məşğul olanlara vacibdir.

Qızıl balıq

Fosforun və yağlı omeqa turşusunun mənbəyi cinsi orqanların inkişafına və orqanizmin vaxtından tez qocalmasının qarşısını almaq üçün çox vacibdir. Prostatitdən və ürək-damar xəstəliklərindən effektiv müdafiə edir.

Kərəviz

Bu və digər göyərtilər kişilər üçün çox xeyirlidir. Onlar vitaminlərlə və mikroelementlərlə zəngindir.

Yumurta sarısı

Hüceyrələrin bərpa olunmasına, spermatozoidlərin aktivliyinə və testosteronun yaranmasına kömək edən unikal sink mənbəyidir. Bundan əlavə, kifayət qədər sink qəbul edən kişilərdə stresslərə davamlıq və immunitet güclənməsi olur.

Kakao

Kakao potensiya üçün çox xeyirlidir. Müasir tibb işçiləri qeyd edirlər ki, bu içkinin tərkibində çoxlu sayda antioksidantlar vardır və bu içki kişilərin cinsi orqanlarının sağlamlığına kömək edir.

Pomidor

Likopen kişilərin sağlamlığını qoruyan orqanik birləşməsidir. Buna görə də, kişilərə qırmızı rəngdə məhsullar yemək xeyirlidir: bibər, albalı və s.

Nar

Bu meyvə - antioksidantlarla zəngin olan, bütünlüklə polivitamin kompleksidir. O bir çox xəstəlilklərin qarşısını almaqdan və orqanizmi cavanlaşdırmaqdan savayı, ehtiras hisslərini gücləndirir.

Qırmızı çaxır

Az miqdarda çaxır qəbul etmə, testosteronu estrogenə çevirən fermenti aradan qaldırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm