Kişilərin qadınlarda bəyəndiyi rənglər - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilərin qadınlarda bəyəndiyi rənglər - Fotolar

Kişilərin qadınlarda bəyəndiyi rənglər!

Moda dünyasındakı prosesləri öz stilinizdə tətbiq etməklə risk etmiş olursunuz. Lakin sevgilinizlə görüşə gedərkən effektli, cazibədar görünmək daha əhəmiyyətlidir. Bu baxımdan stilinizdə ciddi dəyişiklik etmək cəsarət tələb edir.

Tabloid.az kişilərin qadınlarda bəyəndiyi bir neçə detalı nəzərinizə çatdıracaq.

Kişilərin qadın paltarlarında bəyəndiyi rənglər!

Qara

Nə geyinəcəyimizi bilməyəndə çox zaman xilaskar qaraya sarılırıq və cek-pot! Çünki kişilərin qadınlarda bəyəndiyi rənglərin siyahısında qara 1-ci sırada dayanır. İlk görüşdə seçiminizi qaradan yana etsəniz, əsla peşman olmazsınız!

Qırmızı

Məhəbbətin və şəhvətin rəngi olan qırmızı kişilərə təsir edən rənglərin başında gəlir. Qırmızı rəng cazibəni, qadınlığı və özünə etibarı təmsil edir. Kişilərin çoxu bu rəngi olduqca iddialı hesab etsə də, qırmızı paltarda sizdən xoşu gəlməməsinin imkanı yoxdur!

Saflığın, təmizliyin və zərifliyin rəngi olan ağ kişilərin bəyəndiyi rənglər siyahısında öz yerini tutub. Ağ şalvar və ətəklər bir az cəsarət tələb etsə də, ağ rəngli romantik kofta hər zaman xoş və cəlbedici bir stil yaratmağınızı təmin edir.

Mavi

Açıq mavi kişilərin olduğu kimi, qadınların da sevimli rənglərindən biridir. Mavi qadınlığı əks etdirən tipik rənglərdən biri olmasa da, kişilər qadınları mavilər içində görməyə heyran olurlar.

Çəhrayı

Yumşaq, qadına bənzər və eşqbazlığa sövq edən rəng... Çəhrayı da eynilə qırmızı kimi qadınları xoş və cəlbedici göstərir. Amma çəhrayı rəng kiçik bir qız uşağı kimi görünməyinizə səbəb ola bilər. Buna görə də, başdan ayağa çəhrayı rəngə bürünməməkdə fayda var. Bir detalı çəhrayı rəngdə seçə və ya geyiminizi çəhrayı aksessuarlarla canlandıra bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm