Gülbən Ərgən iddiaları təkzib etdi
Bizi izləyin

Tabloid.az

Gülbən Ərgən iddiaları təkzib etdi

Müğənni “Sabah” qəzetinin xəbərini təkzib edərək, iddiaların doğru olmadığını bildirib

Bu yaxınlarda ailə quran məşhur müğənni Gülbən Ərgəni 4 aylıq hamilə olduğu və bir qız uşağı dünyaya gətirəcəyi ilə bağlı iddialar əsəbiləşdirib.

Müğənni “Sabah” qəzetinin xəbərini təkzib edərək, iddiaların doğru olmadığını bildirib. O, sosial şəbəkədən məsələyə münasibət bildirərək bunları yazıb:

“Əvvəlcə “Romada, Bodrumda evləndi, evlənir”, dedilər. Yay ərzində hər gün… “Evləndi, gizlədir”, dedilər... İndi də hamilə olduğumu yazırlar, 6 ay sonra da başqa təxminlərini yazacaqlar. Bu kobud üslubu, soruşmadan, kömpüter arxasında xəbər yazanları qınayıram. Bu xəbərlər doğru deyil. Həm qarnıma körpə qoyursunuz, həm də cinsiyyətini müəyyənləşdirirsiniz. Bundan daha ayıb heç nə yoxdur”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm