• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünyanın 3-cü ən qiymətli ədviyyatı

Dünyanın 3-cü ən qiymətli ədviyyatı

Bir çoxlarımız adətən Novruzda bişirdiyimiz bayram şirniyyatlarına hil adlanan ədviyyat qatırıq. Xəmirimizə qatdığımız bu ədviyyatın tərkibini, faydalarını bilmək, məncə çoxumuza maraqlı olar.

Hil, Qərb və Cənubi Hindistan, Cənub-şərqi Asiyanın isti bölgələrində yetişən, zəncəfil fəsiləsindən olan çoxillik bitkidir. Gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53%-ni qabığı, 47-80 % - ni toxumu təşkil edir.

Hilin meyvələri 1-2 sm uzunluqda, sarımtıl yaşıl və çirkli bozumtul rəngdədir. Toxumları mərci şəklində və böyüklüyündə, qırmızımtıl əsmər rəngdə olur. Hil yetişdiyi yerə görə ad alır. Seyhan hili, Malabar hili, Siam hili kimi.

Hilin vətəni ədviyyatların paytaxtı olan Hindistandır. Ancaq Hindistanla yanaşı Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Xüsusilə Cənubi Hindistanın bataqlıq meşələrində yabanı bitki kimi yetişir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. Ancaq toxumları qabığından ayrıldıqdan sonra tez ətrini itirdiyi üçün qabığı ilə bir yerdə yığılır.

Xüsusilə gecə saatlarında işləyən adamlar və ya ağız qoxusundan əziyyət çəkən insanlar bu ədviyyatı çeynəyərsə, pis qoxunu həqiqətən də məhv edər. Ağızda xoş dad və qoxu buraxır.

Hətta plova da qatanda düyülərin dən-dən olmasına səbəb olur. Həmçinin plova parlaqlıq verir.

Meyvələrinin toxumları qurudulub, ayrılması ilə əldə edilir. Yeməklərə, xüsusilə də balığa qatılır. Pudinq, südlü şirniyyatlar, kompotlar, çay və qəhvədə də dadverici kimi istifadə edilir. İsveç və Finlandiyada unlu məmulatlara də qatılır.

Hindlilər nəfəslərindən gözəl iy gəlsin deyə, toxumlarını çeynəyirlər. Hil toxumları tərkibində qatran, nişasta və uçucu yağlar mövcuddur.

Xoş ləzzəti və qoxusuna görə ədviyyat kimi istifadə edilir.

Hil döyülərək toz halına gətirilib, buruna çəkilərsə, soyuqdəyməni kəsər.

Ürəkbulanmanın qarşısını alır. Mədəniz bulananda, qaynatdığınız nanənin içərisinə bir çəngə hil atın və daha sonra limon və bal əlavə edərək için.

Anoreksiya üçün: Bal və ya şirin çayın içinə əlavə edilib içiləndə anoreksiya probleminin həllində xeyli kömək edir.

Hil, nanə və kəklikotu ilə birgə qaynadılıb içilərsə, həm mədə yaralarına, həm də mədədə yaranan qazların aradan qaldırılmasında faydalıdır.

Zehin açmaq üçün: Beyni canlandırıcı təsiri vardır.

Üyüdülmüş toxumundan həm yeyinti, həm də tibdə geniş istifadə olunur. Hil həm də zəfəran və vanildən sonra üçüncü ən qiymətli ədviyyatdır.

Faydaları:

Dezinteriyanı müalicə edir.

Yaxşı sidikqovucu vasitədir.

Mədənin fəaliyyətini yaxşılaşdırır, qazı aparır.

Mədə qazı ilə meydana gələn ürək problemlərinin qarşısını alır.

Mədə pozğunluğu nəticəsində meydana gələn miqren ağrılarını aradan qaldırır.

Ağciyərlər üçün antiseptik maddədir.

Bronxitə çox faydalıdır.

İştahanı açır.

Həzmi asanlaşdırır.

Mədə və bağırsaqların fəaliyyətini nizamlayır.

Sidikqovucu və qazqovucu təsirə malikdir.

Başağrısını aradan qaldırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR