Nikolas Keyc: “Mənim bu filmimi izləməyin!” - Fotolar
Bizi izləyin

Tabloid.az

Nikolas Keyc: “Mənim bu filmimi izləməyin!” - Fotolar

Aktyor öz filmini boykot etdi

Hollivud ulduzu Nikolas Keyc “Dying of The Light” adlı yeni filmi üçün sosial şəbəkələrdə qeyri-adi kampaniya başladıb. Belə ki, aktyor baş rolda oynadığı filmi boykot edərək "Bu filmi izləməyin", - deyə çağırış edib.

Buna səbəb filmin prodüser və sponsorlarının filmin bəzi hissələrini aktyorlarla məsləhətləşmədən dəyişdirməsi olub.

Nikolas Keyclə yanaşı filmin rejissoru Pol Şreder, həmçinin filmdə rol alan digər aktyorlar Anton Viktoroviç Yelçin və Nik Refn də filmi boykot ediblər. Onlar üzərində “Bu filmə getməyin” şüarı yazılmış qara rəngli kofta geyinərək çəkdirdikləri fotoları “İnstagram”da və “Tvitter”də paylaşıblar.

Qeyd edək ki, film noyabrın 5-də nümayiş olunacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm