Bleyk Layvlinin hamilə stili – Fotolar
Bizi izləyin

Tabloid.az

Bleyk Layvlinin hamilə stili – Fotolar

Cazibədar aktrisa Bleyk Layvli hamilə olduğunu açıqladıqdan sonra ilk dəfə həyat yoldaşı ilə birgə görüntülənib

Cazibədar aktrisa Bleyk Layvli hamilə olduğunu açıqladıqdan sonra ilk dəfə həyat yoldaşı ilə birgə görüntülənib.

Nyu-Yorkda baş tutan dəvətlərdən birində iştirak edən Bleyk və Rayan Reynolds olduqca xoşbəxt görünüblər.

“Gucci” brendindən açıq sarı rəngdə, sinə dekolteli libas geyinən aktrisa dəb ikonası olduğunu bir daha sübut edib. Dar, uzun libasda heç kökəlmədiyini göstərən Bleykin həyat yoldaşı Rayan da qara rəngli dəbli kostyumla dəblə ayaqlaşdığını nümayiş etdirib.

Qeyd edək ki, ötən gün şou verilişlərindən birinə qonaq olan Rayan körpəsinə Hollivudsayağı ad qoymaq istəmədiyini bildirib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm