Tabloid.az
Cennifer Enistonun makiyaj çantasında nələr var? – Fotolar
Dünya ulduzlarının gözəlliklərini necə qoruyub saxladıqları, hansı kosmetik vasitələrdən istifadə etdikləri hamımız üçün maraqlıdır.
Bir zamanlar dünyanın ən yaraşıqlı kişisi Bred Pittin ürəyini ələ alan Cennifer Enistonun da gözəllik sirlərini bilməyi yəqin ki, bütün xanımlar arzulayar.
Tabloid.az cazibədar ulduzun makiyaj çantasında hansı kosmetik vasitələrin olduğunu araşdırıb.
“Estee Lauder” markasının fırçalı dodaq qələmi
“Bu dodaq qələmini neçə ildir itifadə etdiyimi xatırlamıram. Bütün növ dodaq boyalarını rahatlıqla çəkmək olur”, -deyən Cennifer bu qələmi daim makiyaj çantasında gəzdirdiyini deyir.
“Benefit Hello Flawless Custom” kirşanı
Cennifer Eniston illərdir ki, bu kirşandan istifadə etdiyini deyir:
"Bu kirşan üzdəki ləkələri gizlədə bilir. Makiyajı etdikdən sonra fırça ilə bu pudradan çəkirəm. Həm də makiyajın qalıcılığını artırır”.
“Neutrogena” brendinin üz təmizləmə sabunu
Aktrisa məktəb illərindən bəri bu sabundan istifadə etdiyini deyir. Getdiyi yerlərdə tapa bilmədiyi üçün həmişə yanında gəzdirir.
“La Mer The Treatment” tonal krem
Cennifer üzünün qüsursuz görünməsini bu tonal kremə borcludur.
“Dr. Hauschka” nəmləndirici gündüz kremi
Cazibədar ulduz bu kremi makiyajdan 15 dəqiqə öncə üzünə çəkir.
“Chanel” qaraldıcı kirşan
"Çəkilişim olmayan vaxtlarda yanaqlarıma rəng vermək üçün ənlik əvəzinə qaraldıcı pudra çəkirəm. Bu pudranı çox bəyənirəm. Açıq qəhvəyi rəngdədir və xəfif şəkildə parıldayır”, - deyən aktrisa makiyaj çantasındakı ən çox sevdiyi kosmetik vasitənin bu kirşanın olduğunu vurğulayır.
“Mila Moursi” brendinin üz üçün zərdabı və göz kremi
Cennifer Eniston hər səhər və axşam bu məhsullardan istifadə etdiyini deyir.
Aktrisanın daim gözəl görünmək istəyən xanımlara bir məsləhəti daha var. Cenniferin sözlərinə görə, tez-tez istifadə etdiyimiz məhsulları dəyişmək dəriyə mənfi təsir edə bilər.
Ona görə də siz də gözəlliyinizin qayğısına qalmaq istəyirsinizsə, özünüz üçün ən uyğun olan kosmetik vasitələri və baxım üçün məhsulları tapıb uzun illər onlardan istifadə edin.
Tabloid.az
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO