Şokoladlı tort - Resept
Bizi izləyin

Tabloid.az

Şokoladlı tort - Resept

Tabloid.az un, yağ, marqarin, şəkər və digər ziyanlı qidalar olmadan hazırlanan tortun reseptini təqdim edir:

Tabloid.az un, yağ, marqarin, şəkər və digər ziyanlı qidalar olmadan hazırlanan tortun reseptini təqdim edir:

İnqrediyentlər:

70%-li qara şokolad - 250 qram

5 yumurta

Bir çimdik duz

Hazırlanması:

Sobanı əvvəlcədən 250 dərəcə isidin.

Şokoladın 2/3-ni tikələrə parçalayıb, su hamamında əridin.

Yumurta sarılarını ağlarından ayırın. Sarılarını bir qədər ağarana kimi çalın və şokoladla birləşdirin.

Ağlarını bir çimdik duzla qatı konsistensiyaya gələnə qədər çalın. Şokoladla birləşdirin. Amma çox çalmayın. Kütlə mus və sufle konsistensiyasında olmalıdır.

Diametri 10-15 sm olan qaba yağlı kağız sərin, kütləni ora tökün.

8 dəqiqə isidilmiş sobada bişirin. Sobadan çıxarın, soyuducuda 12 saat saxlayın.

Qalan şokoladı əridin. Şokoladın üzərinə tökün və 10 dəqiqə soyuducuda saxlayın.

Tortu qaynar suya salınmış bıçaqla kəsin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm