Lopezin fotosuna keçmiş ərindən gözlənilməz reaksiya
Bizi izləyin

Tabloid.az

Lopezin fotosuna keçmiş ərindən gözlənilməz reaksiya

Dünya şöhrətli müğənni Cennifer Lopez artıq əvvəlki kimi gözəl olmadığı ilə bağlı iddialara "İnstagram"da paylaşdığı foto ilə cavab verib

Dünya şöhrətli müğənni Cennifer Lopez artıq əvvəlki kimi gözəl olmadığı ilə bağlı iddialara "İnstagram"da paylaşdığı foto ilə cavab verib.

Tabloid.az-ın məlumatına görə, bikinidə stulda oturaraq seksual poza verən Cennifer 45 yaşında olmasına baxmayaraq, gənc qızları kölgədə qoyacaq qədər cazibədar olduğunu nümayiş etdirib.

Hazırda "American Idol" adlı mahnı müsabiqəsində münsif olan 2 uşaq anası Lopezin bu iddialı fotoşəkili keçmiş əri Mark Antoninin də diqqətini çəkib.

Məşhur müğənni bir vaxtlar eşqindən dəli olduğu Lopezin bikinili fotoşəklinin altına şərh yazaraq ona dəstək verib.

“Qara dəri, yazı sevirəm" yazan Mark keçmiş həyat yoldaşına olan heyranlığını dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm