Aysel Teymurzadə ikinci dəfə ana olandan sonra - Foto
Bizi izləyin

Tabloid.az

Aysel Teymurzadə ikinci dəfə ana olandan sonra - Foto

Filarmoniyanın direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra səhnədən uzaqlaşan Aysel Teymurzadənin ikinci dəfə ana olandan sonra ilk fotosu yayılıb

Filarmoniyanın direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra səhnədən uzaqlaşan Aysel Teymurzadənin ikinci dəfə ana olandan sonra ilk fotosu yayılıb.

Tabloid.az xəbər verir ki, A.Teymurzadə həyat yoldaşı ilə birlikdə Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında keçirilən ənənəvi görüşə qatılıb.

Qeyd edək ki, A.Teymurzadə və M.Adıgözəlzadə 2012-ci ildə ailə qurublar. Cütlüyün bir qızı və oğlu var.

Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub. Azərbaycana “Eurovision-2009” müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə isə ailə qurduqdan sonra sənəti ilə vidalaşıb.

Aytən Həsənova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm