Mövsümün şalvar dəbi belə olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Mövsümün şalvar dəbi belə olacaq - Fotolar

Mövsümün şalvar dəbi belə olacaq - Fotolar

İspan balaqlı şalvarlar uzun müddətdir ki, aktual olaraq qalır. Bir neçə mövsüm trend olan bu retro şalvarlar xanımlara həm nostalji, həm də stil sahibi havası verir. Əgər retro balaqlı şalvarları geyinməkdən çəkinir və 70-ci illərin dəbinə səyahət etməyə hələ də tərəddüd edirsinizsə, biz sizə kömək edərik. Bu şalvar modelini seçməzdən əvvəl 3 əsas məqama diqqət edin.

Birinci doğru şalvarı tapın. Çox arıq və ya əksinə, bir az dolu ola bilərsiniz. Hər iki halda da ispan balaq şalvar geyinə bilərsiniz, ancaq ayaqlarınıza yapışan modellərdən uzaq durmanız lazımdır. Sizin üçün orta genişlikdə şalvar idealdır. Digər diqqət etməyiniz lazım olan nöqtə isə ispan balaqlı şalvarın boyudur. Uzunluğu heç vaxt qısa olmamalıdır, hətta oturduqda belə ayaqların görünmədiyi uzunluqda olmalıdır. Təbii ki, küçələri süpürən şalvar geyinməyi tövsiyə etmirik. Tez-tez geyindiyiniz ayaqqabıların dabanlarına görə ideal uzunluğu tapmağa çalışın.

Ayaqqabı seçimində işiniz asanlaşır. İspan balaqlı şalvarlar xüsusilə qalın dabanlı ayaqqabılarla çox yaraşır. Üstəlik, qalın dabanlı ayaqqabılar həm çox rahat, həm də bu mövsüm çox dəbdədir. Diqqət edəcəyiniz digər nöqtə ayaqqabıların görünməməsidir. Bunun üçün şalvar alan zaman tez-tez istifadə etdiyiniz ayaqqabı dabanı ilə eyni vəziyyətdə olmasına diqqət etmək daha ağıllı olardı. Bu şəkildə ayaqlar da olduğundan daha uzun görünür. Əgər uca boylusunuzsa, dabansız modellərlə ispan balaqlı şalvarınızı geyinmək şansına maliksiniz. Ancaq ətəyinin yerləri süpürmədiyindən əmin olun.

İspan balaqlı şalvarlar çox geniş olduğundan, üst geyim olaraq daha mütənasib görünüşü təmin etmək lazımdır. Məsələn, üzərinizə tam oturan qısa pencəklə ecazkar görünür. Qısa köynəklər, ya da çox bol olmayan balıqçı yaxa sviterlərlə birlikdə geyinmək olar. Düyməli köynəyinizi şalvarın içinə salaraq geyinin. Əgər bol kəsimli köynək geyinməyi düşünürsüzsə, belinizə kəmər bərkidərək mütənasiblik təmin etməyə çalışın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm