Sofi Loren gözünü həmkarının sinəsinə zilləməsinin səbəbini açıqladı - Foto
Bizi izləyin

Tabloid.az

Sofi Loren gözünü həmkarının sinəsinə zilləməsinin səbəbini açıqladı - Foto

80 yaşlı əfsanəvi ulduz Sofi Loren 1957-ci ildə “Beverly Hills Hilton” otelində çəkilən və vaxtilə ən çox müzakirə olunan fotosuna ilk dəfə münasibət bildirib

80 yaşlı əfsanəvi ulduz Sofi Loren 1957-ci ildə “Beverly Hills Hilton” otelində çəkilən və vaxtilə ən çox müzakirə olunan fotosuna ilk dəfə münasibət bildirib.

Fotoda Sofi Loren həmin dövrün digər bir məşhur aktrisası Ceyn Mensfildin sinə dekoltesinə baxır.

“Entertainment Weekly” adlı jurnala müsahibə verən Sofi Loren "Bu fotoşəkilə baxın. Gözlərim haradadı? Gözlərimi oraya dikmişdim, çünki Ceynin döşünün uclarının boşqabıma dəyəcəyindən”,- deyə bildirib.

"Üzümdə belə o qorxunu görə bilərsiniz. Ceynin libası o qədər açıq idi ki, hər şeyin stolun üstünə töküləcəyiuni düşünürdüm”, - əlavə edən 80 yaşlı aktrisa xatirələrinin daha detallı bəhs edildiyi “Yesterday, Today, Tomorrow: My Life” adlı kitabının bu yaxınlarda çıxacağını qeyd edib.

Qeyd edək ki, Ceyn Mensfild bir vaxtlar Sofi Lorenin ən böyük rəqibi hesab olunurdu. Hətta Merlin Monroya belə rəqib göstərilən seksual ulduz 34 yaşında olarkən avtomobil qəzası nəticəsində vəfat edib. Veynin bədən quruluşu o qədər gözəl olub ki, hətta məşhur “Barbie” kuklalarının belə ondan nümunə götürülərək hazırlandığı deyilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm