Mövsümə uyğun möcüzəli heyva maskaları
Bizi izləyin

Tabloid.az

Mövsümə uyğun möcüzəli heyva maskaları

Mövsümə uyğun möcüzəli heyva maskaları

Meyvələrin dəriyə olan faydalarını saymaqla bitmir. Son illərdə xanımlar təbii şəkildə gözəlləşməyə üstünlük verir. Meyvə maskalarının inanılmaz faydasını görən xanımlar həm dərilərini təbii yolla təmizləmək, həm də nəmləndirərək təbii tarazlığını qorumaq üçün meyvə maskalarını istifadə edirlər. Meyvələr arasında heyvanın yeri həqiqətən başqadır. Hər bir zərrəsi sanki şəfa mənbəyi olan heyva möcüzələr yaradan meyvələr siyahısına daxildir.

Kosmetologiyada dəri üçün yetişmiş heyva və çəyirdəyi istifadə edilir. Mövsümə uyğun olaraq ev şəraitində gözəllik maskaları hazırlamaq üçün içində heyvadan istifadə etmək yerinə düşər. Yağlı dəri üçün losyon və maska hazırlaya bilərsiniz. Bundan başqa hazırlanan maskalara bitki yağları və yumurta sarısı əlavə edərək normal və quru dərilər mükəmməl maskalar əldə etmiş olarsınız.

Solğun və qırışmış dəri üçün heyva maskası

Heyva dilimləri ilə üzü silmək qırışlara və dəridəki solğunlu aradan qaldırmaq üçün ideal vasitədir.

Yağlı dəri üçün heyva suyu

Dəymiş bir heyvanı rəndələyərək suyunu çıxarın. Bu suya pambıq batıraraq dərinizi silin. Yağlı dərilər üçün mükəmməl təmizləyicidir. Həmçinin çillərin rənginin açıq şəkildə açılmasını təmin edir.

Təmizləyici heyva maskası

1 heyvanı rəndələyin, içinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə sürtün. 15-20 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska qırışlar və yağlı dəri tipinə uyğundur. Bundan başqa dəridə təmizləyici, təravətləndirici və canlandırıcı təsiri var.

Yağlı saçlara heyva maskası

30 qram heyva toxumlarının üzərinə 1 stəkan su töküb 1 saat saxlayın. Sonra zəif odda qaynadıb süzün. Bunu isti isti yağlı saçların dibinə sürtün. Saçlar quruduqdan sonra isti su ilə yaxalayın. Bu maskanı 1 həftə ərzində hər gün etməyiniz məsləhət görülür. Bu qarışığı soyuducuda saxlaya bilərsiniz.

1 ədəd iri yetişmiş heyvanın tumlarını çıxarıb kub şəklində doğrayın. Üzərinə 2 stəkan su töküb 5 dəqiqə qaynadın və soyumağa qoyun. Qarışıq soyuduqdan sonra saçlarınız dibinə masaj edərək sürtün. 1 saat gözlədikdən sonra saçlarınızı şampun istifadə etmədən yaxalayın.

Yanıqlar üçün heyva

5 ədəd heyvanın tumlarını çıxarın. Ağzı qapalı bir bankanın içinə çəyirdəklərini qoyaraq üzərinə yarım stəkan qaynar su tökün və 5 dəqiqə ərzində yaxşıca çalxalayın. Bu qarışığı onların üzərinə yumşaq gündə 1-2 dəfə sürtün.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm