• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Astroloji proqnoz - 05 noyabr

Astroloji proqnoz - 05 noyabr

QOÇ - Olduqca uğurlu gündür. İdeyalarınıza doğru ilkin addımlar atmaqdasınız. Tərəfdaşlarınızla səmimi olsanız, bu prosesi sürətləndirə bilərsiniz. Nahardan sonra müqəddəs ocaqlara baş çəkin.

BUĞA - Göy qübbəsi təzadlar ümmanına düşməyinizdən xəbər verir. Bu səbəbdən hər addımda ağıllı və tədbirli davranmalısınız. Fəaliyyətlə bağlı problemləriniz tədricən qaydasına düşəcək.

ƏKİZLƏR - Ümumi məziyyətlərinə görə bəxtinizə gərgin bir təqvim çıxa bilər. Odur ki, hər addımda tədbirli və ayıq-sayıq olmalısınız. Haqqınızı zorakı üsullarla tələb etməyə çalışmayın.

XƏRÇƏNG - İş yerində xırda qanqaraçılığı gözlənilir. Özünüzü ehtiyatlı aparın. Sizi başa düşməyənlərə nəyisə anlatmağa çalışmayın. Əsas diqqətinizi cari iş problemlərinin həllinə yönəldin.

ŞİR - Yeni əlaqələr yaratmaqla mövcud problemlərinizi həll etmək imkanı qazanacaqsınız. Müzakirələr zamanı mövzudan kənara çıxmayın. Axşama doğru ürəyinizə yaxın adamlara baş çəkin.

QIZ - Perspektivli sövdələşmələr üçün uğurlu vaxtdır. Amma danışıqları yalnız ikili vəziyyətdə aparmalısınız. Bu gün mühüm planlarınızı kiməsə desəniz, onlar reallığını itirə bilər.

TƏRƏZİ - Saat 11-13 arası azacıq gərginliklə üzləşsəniz də, günün əsas qayəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Nahardan sonra gözlənilməz və sevindirici hadisələrlə rastlaşacaqsınız.

ƏQRƏB - Hansısa narahatçılığa əsas yoxdur. İştirakçısı olduğunuz proseslər müsbət istiqamətdədir. Hətta maddi durumunuzun da yaxşılaşacağı mümkündür. Məsuliyyətinizi dərk edin.

OXATAN - Oturaq işlərə müəyyən qədər ara verin. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Ulduzlar müxtəlif ünvanlardan maraqlı təklif alacağınızı bildirir. Axşam sevinəcəksiniz.

OĞLAQ - Baş verən situasiyaları reallığın gözü ilə qiymətləndirsəniz, uğurlarınız çox olacaq. Bu gün sizə qarşı rəğbət artacaq. Bunu nəzərə alıb hərəkətlərinizə diqqət yetirin.

SUTÖKƏN - Üzərinizə düşən başlıca vəzifə səhhətinizi qorumaqdan ibarətdir. Hətta bunun naminə işdən yayınmaq da olar. Saat 18-dən sonra sevgi romantikliyinə qapılmağınız məsləhətdir.

BALIQLAR - Göy qübbəsi ovqatınızın yüksələcəyinə işarə edir. Mənəvi rahatlığa qovuşmaq üçün imkanlarınız var. Buna baxmayaraq, təkbaşına fəaliyyət göstərməkdən çəkinin. Qazanc barədə düşünün.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR