• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Alt paltarı geyinmədiyi üçün biabır olan məşhurlar - Fotolar

Alt paltarı geyinmədiyi üçün biabır olan məşhurlar - Fotolar

Məşhurlar hər zaman qırmızı xalıda şıq və gözəl görünməyə çalışırlar. Ancaq çox vaxt rəqiblərini kölgədə qoymaq istəyərkən biabır olurlar. Tabloid.az gecənin ən cazibədarı qadını olmaq istəyərkən seçdiyi libas üzündən pis vəziyyətə düşən məşhurların fotolarını toplayıb.

Sofiya Verqara

sofia kaza

2012-ci ildə “Emmy” mükafatının təqdim olunduğu gecəyə çox şıq libas geyinən Sofiya Verqara sözün əsl mənasında biabır olmuşdu. Gözəlçənin əyninə dar olan yaşıl paltarı partlamış və ombaları görünmüşdü.

Selena Qomez

selena kaza

Selena Qomez 2013-cü ildə səhnədə biabır olmaqdan son anda qurtulmuşdu. Uzun və yarıqlı ətəyinin altına alt paltarı geyinməyən müğənnini külək pis vəziyyətdə qoymuşdu.

İqqi Azalya

iggykaza

2013-cü ildə “MTV” mükafatının təqdim olunduğu geəcədə iştirak edən müğənni də Selena Qomez kimi alt paltarı geyinməyi unutmuşdu. Libasın dərin kəsiyi açılanda İqqi çox utanmışdı.

Canet Cekson

janetkaza

2004-cü ildə səhnəyə Castin Timberleklə çıxan müğənni Canet Cekson uzun müddət müzakirələrin əsas hədəfi olmuşdu. Buna səbəb şou zamanı Castinin onun paltarını cırması idi. Nəticədə ulduzun sinəsi açılmış və onun bu fotosu bütün məşhur qəzetlərin birinci səhifələrində yer almışdı.

Kim Kardaşyan

kim kaza

Hər zaman seksuallığı ilə diqqət mərkəzində olmağa çalışan ulduz 2012-ci ildə geyindiyi yaşıl rəngli libası üzündən çətin dəqiqələr yaşamışdı. Belə ki, Kim maşına minərkən paltarının kürəyi cırılmış və paparassilər ulduzu bu vəziyyətdə görüntüləmişdilər.

Kenya Uest

kanye kaza

Geyim seçimləri üzündən biabır olan təkcə qadınlar deyil. Kim Kardaşyanın həyat yoldaşı reper Kenya Uest də geyim qurbanı olub. Kim Kardaşyanla birlikdə bir restoranda yemək yeməyə gedərkən şalvarı əynindən düşən Kenya Uest onu bu halda çəkən jurnalistlərə çox əsəbiləşmişdi.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR