Dişləri niyə yeməkdən dərhal sonra fırçalamaq olmaz?
Bizi izləyin

Tabloid.az

Dişləri niyə yeməkdən dərhal sonra fırçalamaq olmaz?

Diş sağlamlığı üçün vacib məsləhətlər

Türkiyənin tanınmış diş həkimlərindən Arzu Yalnız Zoqun yeməkdən və qazlı içkilərdən dərhal sonra dişləri fırçalamağın onları qorumadığını, əksinə çürüklərə səbəb ola biləcəyini deyib.

Həkimin sözlərinə görə, dişləri çürüməkdən qorumaq üçün yemək yedikdən yarım saat sonra fırçalamaq lazımdır.

“Yemək yeyərkən dişlərə yapışan qıda qalıqları qısa müddət sonra turşuya çevrilir və dişləri fırçaladıqda bütün ağıza yayılaraq çürük riskini artırır. Buna görə də dişləri yeməkdən yarım saat sonra fırçalamaq vacibdir. Yuxu zamanı ağızda turşuluq səviyyəsi artır. Hər gecə yatmadan öncə dişləri fırçalamaq lazımdır”.

Diş həkimi Arzu Yalnız Zoqun sərt meyvələri doğramaqdansa dişləyərək yeməyi məsləhət görür:

“Alma və armud kimi meyvələri dişləyərək yesəniz, dişlərin arasına dolan qida qalıqları təmizlənər. Ona görə də xəstələrimə sərt meyvələri dişləyərək yeməyi məsləhət görürəm. Qabıqlı yesələr daha yaxşı olar”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm