• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lazerlə uşaqlıq yolunu daraltma üsulu kəşf edildi

Lazerlə uşaqlıq yolunu daraltma üsulu kəşf edildi

Sürətlə inkişaf edən texnologiya lazerin səhiyyə sahəsində də istifadəsinə imkan verdi. Yeni nəsil fraksiyaya karbondioksid (CO2) lazer cihazları ilə artıq uşaqlıq yolu daraltma prosesini çox qısa müddətdə, özü də əməliyyatsız və anesteziyasız etmək mümkündür.

Qadının cinsi orqanı yəni, uşaqlıq yolu hamiləlikdə, normal doğuşda, kökələndə, siqaretdən dolayı, yaxud hormonal pozğunluqlar, menopoz və yaş kimi səbəblərdən dolayı dinamikasını və funksiyasını itirir. Bu, uşaqlıq yolu əzələlərində zəifliyə, uşaqlıq yolu kanalında genişlənməyə yol aça bilər. Bunun nəticəsində qadın cinsi əlaqədə orqazm olmama hissi, estetik qayğısı və özünə inam problemi yaşayır. Həmçinin kişini qane etməmək qorxusundan əziyyət çəkir.

Lazerlə uşaqlıq yolu daraltma necə baş verir?

Lazer şüalarının vaginal toxumalarda əmələ gətirdiyi foto-termal təsir ilə yeni kollagen istehsalını nişan alır. Həm mövcud kollagen toxumasını sürətlə yeniləyir, həm də yeni kollagen lifləri yaranır. Nəticədə vaginal kanalında daralma və cavanlaşma baş verir.

Kimlər lazerlə uşaqlıq yolunu daralta bilər?

Bu proses cinsi əlaqədən həzz almayan, genişlik hiss edən, vaginal quruluq yaşayan və əlaqə zamanı vaginal qaz qaçırma-səs problemi olan bütün qadınlar üçün uyğundur. Digər tərəfdən, sidik kisəsində sallanma olmamasına baxmayaraq, öskürək, asqırma və ya gülən zamanı sidik qaçıran qadınlar üçün də lazer həll yolunu təmin edir. Uşaqlıq yolu daraltma əməliyyatlarından çəkinən, qorxan xəstələr üçün də lazer yaxşı variantdır.

Lazerlə uşaqlıq yolu daraltma nə qədər müddətdə tətbiq olunur?

Lazer ilə uşaqlıq yolu daraltma prosesi gün ərzində 20 dəqiqəyə kimi qısa müddətdə tətbiq olunur və xəstə dərhal normal həyatına davam edə bilir. Tətbiq əsnasında və ya sonra hər hansı bir ağrı, acı hissi və fəsadların əmələ gəlmə riski sıfıra bərabərdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR