Faiq Ağayev sərxoş oldu, bihuş oldu
Bizi izləyin

Tabloid.az

Faiq Ağayev sərxoş oldu, bihuş oldu

Xalq artisti Faiq Ağayev sevənlərinə sürpriz edib. Cənab “qızıl şlyager” yeni mahnısının təqdimatından bir gün öncə anonsunu etdi. Tabloid.az xəbər verir ki, Faiq Ağayevin yeni mahnısı “Sərxoş oldum” adlanır. Yeni mahnı haqqında məlumat əldə etmək üçün

Xalq artisti Faiq Ağayev sevənlərinə sürpriz edib. Cənab “qızıl şlyager” yeni mahnısının təqdimatından bir gün öncə anonsunu etdi. Tabloid.az xəbər verir ki, Faiq Ağayevin yeni mahnısı “Sərxoş oldum” adlanır. Yeni mahnı haqqında məlumat əldə etmək üçün xalq artistinin özü ilə əlaqə saxladıq və bir sıra maraqlı məqamları öyrənməyə nail olduq.

Belə ki, mahnı əslində 2 il bundan öncə söz yazarı və bəstəkar Xanım İsmayılqızı tərəfindən yazılıb. Aranjemanı isə Yaşar Baxış edib. Mahnı üzərində 2 ildir ki, iş gedir. Bu qədər uzanmasına səbəb isə mahnının 3 müxtəlif ritm üzərində qurulmasıdır. Yaşar Baxış xalq artistinə onu tələsdirməməyi xahiş edib.

Mahnının əsas özəlliyi isə ifa olunan əsərdə ötən əsrin məhşur bir əcnəbi kinofilminin saundtrekindən sitatın istifadə olunmasıdır. Hansı filmin olmasını isə Faiq Ağayev sirr və surpriz olduğunu söyləyərək, onu yalnıız mahnını dinlədikdə biləcəyimizi söylədi.

Mahnının sözləri isə belədir:

Sərxoş oldum, bihuş oldum,

Öz-özümdən gizlənirəm.

Sərxoş oldum, bihuş oldum,

Ayılmaq da, istəmirəm…

Xalq artisti onu da əlavə etdi ki, hətta bu mahnı hazırlanana kimi 3 yeni mahnı belə ifa edib.

Xatırladaq ki, Faiq Ağayevın sonuncu ifa etdiyi mahnı 3 ay əvvəl təqdim olunan “Biri var imiş, biri yox imiş” olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm