• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İnsan bu qidaları birlikdə yedikdə qocalmır

İnsan bu qidaları birlikdə yedikdə qocalmır

Elm sübut edib ki, bəzi qidaları birlikdə yedikdə onlar daha faydalı olurlar. Türkiyənin Amerikada fəaliyyət göstərən məşhur həkimlərindən biri Mehmet Öz yaşlanmağı gecikdirən qida kombinlərini “Cosmopolitan” jurnalına açıqlayıb.

Tabloid.az Dr. Mehmet Özün birlikdə yeməyi tövsiyə etdiyi qidaları təqdim edir:

Hüceyrələrin daha az zərər görməsi və onların yenilənməsini sürətləndirmək üçün: Qreypfurt və avokado

Qreypfurt tək yeyildikdə belə çox faydalıdır. Təbii antioksidantdır və qocalmağın qarşısını alan likopen maddəsi baxımından olduqca zəngindir. Ancaq qreypfurtu avokado ilə birlikdə yedikdə avokadonun tərkibindəki yağlar likopenin hüceyrələr tərəfindən əmilməsini sürətləndirir və bədənin bu möcüzəvi maddəni daha operativ şəkildə istifadə etməsini asanlaşdırır.

Gözləri qorumaq üçün: Brüsel kələmi və zeytun yağı

Brüsel kələminin tərkibindəki lutein maddəsi katarakt və korluq riskini azaldır. Brüseli zeytun yağı ilə yedikdə lutein maddəsi orqanizm tərəfindən daha tez qəbul olunur. Sağlam qalmaq üçün bu iki möhtəşəm qidanı birlikdə yemək istəyənlərə ləzzətli bir resept də veririk:

Buxarda bişmiş brüsel kələmini tavada toyuq və ya hindquşu əti ilə birlikdə xəfif şəkildə qızardın. Yanında qarnir olaraq qəhvəyi düyü yeyə bilərsiniz. Bu xörəyi həftədə 1-2 dəfə yemək olar.

Ürək xəstəliklərinin qarşısını almaq üçün: Alma və şokolad

Alma çox faydalı meyvədir. Hətta belə bir deyim var ki, “hər şeyin çoxu ziyandır, amma çox alma yeməyin heç bir zərəri yoxdur”. Qədim zamanlardan bəri insanlar almanın əsl sağlamlıq mənbəyi olduğunu bilirdilər. Bu möcüzəvi meyvəni digər bir sağlamlıq zərdabı olan tünd şokoladla birləşdirdikdə özünüzə çox böyük yaxşılıq etmiş olursunuz.

Alma flavonoid maddəsi baxımından olduqca zəngindir. Araşdırmalar göstərir ki, alma tünd şokoladla birlikdə yeyildikdə orqanizmin qəbul etdiyi antioksidantlar ürək xəstəliklərinə yaxalanmaq riskini azaldır. Həmçinin qan-damar sistemi üçün də çox faydalıdır.

Alma dilimlərini əridilmiş tünd şokoladın içinə tökün və bir az fındıq ləpəsi əlavə edib qarışdırdıqdan sonra soyuducuya qoyun.Daha sonra gün ərzində 1-2 dəfə bu ləzzətli şokoladlı almanı yeyə bilərsiniz.

Dərini cavanlaşdırmaq üçün: Yaşıl çay və limon

Yaşıl çayın içində təbii antioksidant ehtiva edən katexin maddəsi var. Bu çaya bir damcı limon suyu əlavə etdikdə katexinin dərini cavan saxlamaq xüsusiyyətini maksimum səviyyəyə yüksəldirsiniz. Çünki limon suyundakı C vitamini çaydakı antioksidantların bölünməsini yavaşladır və beləliklə siz bu faydalı maddələrdən daha çox yararlana bilirsiniz. Limonlu yaşıl çayı gündə 4-5 dəfə içə bilərsiniz.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR