Üzeyir Mehtizadə yerli telekanallara ismarıc göndərdi
Bizi izləyin

Tabloid.az

Üzeyir Mehtizadə yerli telekanallara ismarıc göndərdi

Müğənni Üzeyir Mehtizadənin prodüseri, tanınmış təşkilatçı Samir Xəttab “Facebook” vasitəsilə xəbərdarlıq edib.

Müğənni Üzeyir Mehtizadənin prodüseri, tanınmış təşkilatçı Samir Xəttab “Facebook” vasitəsilə xəbərdarlıq edib.

Tabloid.az xəbər verir ki, o, yerli telekanalların bəzi verilişlərində Üzeyirə qarşı edilən yersiz zarafatları kəskin pisləyib və xəbərdarlıq edib:

“Üzeyir Mehtizadənin sizinlə zarafatı yoxdur ki, adını çəkib, onunla zarafatlaşasınız. Sizi anlayırıq, Üzeyirin adı ilə özünüzə reytinq qazanmaq istəyirsiniz. Əgər bu qədər hünərlisinizsə, zarafatlarınızı gəlin, üzbəüz edin. Üzeyirlə bağlı söylədiklərinizə fikir verin ki, sonra üzr istəmək məcburiyyətində qalmayasınız. Biz zarafatı anlayırıq, amma çərçivəsində…”

Prodüser onu da qeyd edib ki, bir çox zarafatları Üzeyir özü efirdə görüb, gülür:

“Lakin elə hallar olur ki, “zarafat” edən həddini aşır və öz tərbiyəsizlik edir. Unutmayın ki, Üzeyir də sizinlə eyni millətdəndir. Bizim heç kimlə işimiz yoxdur. Görünür o adamların məşğul olmağa işləri yoxdur. Belə olmasaydı bütün nəzərlər Üzeyir Mehtizadədə olmazdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm