Rəqsanənin çılpaq şəkillərini oğurlayıb, 7 min manata satışa çıxardılar - Video
Bizi izləyin

Tabloid.az

Rəqsanənin çılpaq şəkillərini oğurlayıb, 7 min manata satışa çıxardılar - Video

“Qulaq gündə bir söz eşitməsə, kar olar” deyiblər.

“Qulaq gündə bir söz eşitməsə, kar olar” deyiblər.

Müğənni Rəqsanənin şəxsi şəkillərinin oğurlanaraq, gizlin şəkildə satılması xəbəri yayılıb.

Tabloid.az xəbər verir ki, sən demə, 2 il öncə müğənninin yaxın ətrafında olan bir şəxs onun telefonundan açıq-saçıq şəkillərini oğurlayıb. İndi isə həmin fotoları baha qiymətə satmaq istəyir.

Bu haqda Rəqsanə “10Lar” verilişində danışıb. Müğənni şəkillərini hər hansı bir yolla yaymaq istəyən adamları cinayət məsuliyyətinə cəlb etməklə hədələyib:

“Bu şəkillər iki il öncə çəkilən şəkillərdir. Şəxsi telefonumdan həmin şəkillərimi, yaxınlarım, ya da başqa kimsə götürüb, satışa çıxarıblar. Ona-buna zəng edirlər ki, Rəqsanənin şəkillərini alırsan? Üzümü həmin adama tutub deyirəm ki, həmin şəkilləri necə götürmüsən, kimə vermisən, bilmirəm. Amma ağıllı ol. Bu şəkillər “İnstagram” səhifəsində və ya saytda yayımlanarsa, həmin insan cinayət məsuliyyətinə cəlb olunacaq. Bununla bağlı dövlət qurumlarına müraciət etmişəm. Həmin şəkillər yayan insanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Mən elə ağılsız qadın deyiləm. Hətta o adamın izinə də düşmüşəm. Amma yenə də buradan öz xəbərdarlığımı bildirirəm ki, ağıllı ol, həmin şəkli artıq 3 nəfərə vermisən. Şəkil mənim işimə, ya da layihələrimə xətər gətirməyəcək. Allaha şükür ki, çəkinəcəyim heç nə yoxdur. Tanınmış bir insanam, hər zaman necə varamsa elə də olmuşam. Gizli heç nəyim yoxdur. Sadəcə, o şəkillər mənim şəxsi fotolarımdır. Götürmüsən, bir neçə adama vermisən. Həmin adamlar da jurnalistlərə zəng edirlər ki, Rəqsanənin şəkli var. 4-7 minə satışa çıxarmışınız... O şəkillər kimin əlində tutulsa, cinayət məsuliyyətinə cəlb olunacaq. Sizə kim ixtiyar verir ki, mənim şəkillərimi kiməsə satırsınız?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm