Gözəllik müsabiqəsinə sənəd qəbulu başladı
Bizi izləyin

Tabloid.az

Gözəllik müsabiqəsinə sənəd qəbulu başladı

“Miss Globe İnternational” beynəlxalq gözəllik yarışmasının yerli seçim turlarının sənəd qəbuluna start verilib.

“Miss Globe İnternational” beynəlxalq gözəllik yarışmasının yerli seçim turlarının sənəd qəbuluna start verilib.

Layihənin baş prodüseri, təşkilatçı Aqil Məmiyev Tabloid.az-a açıqlamasında bildirib ki, milli seçimlər bu ayın 29-dək davam edəcək.

Onun sözlərinə görə, kastinqdən keçəcək 24 xanım finalçı “Miss Globe Azerbaijan” adı uğrunda mübarizə aparacaq.

Məşhur müsabiqənin 90-cı finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intellektinə əmin olan 16-28 yaş arası subay qızlar qatıla bilər.

Münsiflərin seçimi ilə “Miss Globe İnternational” müsabiqəsinin Azərbaycan təmsilçisi müəyyən olunacaq.

Qeyd edək ki, “Miss Globe Azerbaijan” gözəllik yarışması “Z Company 2007” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm