Bu gecə "Turkvizion" başlayır
Bizi izləyin

Tabloid.az

Bu gecə "Turkvizion" başlayır

Bu gün türk dünyası ölkələrinin “Eurovision” müsabiqəsi formasından təşkil etdiyi “Turkvision” Türk Dünyası musiqi yarışması ikinci dəfə keçiriləcək. Yarışma Tatarıstanın Kazan şəhərində baş tutacaq.

Bu gün türk dünyası ölkələrinin “Eurovision” müsabiqəsi formasından təşkil etdiyi “Turkvision” Türk Dünyası musiqi yarışması ikinci dəfə keçiriləcək. Yarışma Tatarıstanın Kazan şəhərində baş tutacaq.

Bu il yarışmada 24 türk dilli ölkə, o cümlədən, Azərbaycan da iştirak edəcək. Azərbaycanı bu il adıçəkilən yarışmada Elvin Ordubadlı təmsil edəcək. O, musiqisi əməkdar artist Elza Seyidcahana, sözləri isə Ayşəbirgül Yılmaza aid “Divlərin yalnızlığı” adlı mahnı ilə çıxış edəcək.

Mahnının aranjemanını Yaşar Baxış edib. Yarışma buğun saat 21:00-da TMB kanalı ilə nümayiş olunacaq.

Xatırladım ki, ötən il “Turkvision” musiqi yarışmasında Azərbaycanı Fərid Həsənov “Yaşa” adlı mahnı ilə təmsil edərək ikinci olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm