Ürəyi təhlükəyə atan vərdişlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Ürəyi təhlükəyə atan vərdişlər - Fotolar

“Ürəyimdə heç bir problem yoxdur” deyə bilərsiniz. Lakin bəzi vərdişlər bir müddət sonra ürək xəstəliklərinə yol açır.

“Ürəyimdə heç bir problem yoxdur” deyə bilərsiniz. Lakin bəzi vərdişlər bir müddət sonra ürək xəstəliklərinə yol açır. Ürək-damar xəstəliklərinə qarşı müdafiəni gücləndirmək üçün bəzi məqamlara fikir vermək lazımdır. Tabloid.az ürəyi yoran və ürək-damar xəstəliklərinə yol açan vərdişləri bu cür sıralayıb:

Televiziya izləmək

Kalbi yoran 15 alışkanlık!

Hərəkətsiz şəkildə oturub televizoru izləməkdən çəkinin. Çünki bu hal bədəndəki yağ və şəkərin həzm olunmasına mane olaraq kökəlməyə səbəb olur. Hələ üstəlik tv izləyərək nəsə yemək çəkinizdə ciddi şəkildə təsir edir. Əlbəttə ki, mənfi istiqamətdə.

Gün ərzində 2 saatdan çox ekran qarşısında oturmaq infarkt riskini artırır.

London Universitetində işləyən Emanuel Stamatakis və qrupunun apardığı araşdırmada 4512 şotlandiyalı iştirak edib. 4 il ərzində davam edən araşdırmada iştirakçılardan gündə neçə saat televizor və ya DVD izlədikləri, işdən kənar neçə saat kompüterdən istifadə etdikləri, ya da video oyun oynadıqları haqda sorğu keçirilib. Türkiyə mediasının verdiyi məlumata görə, 4 il ərzində iştirakçılardan 325 nəfər ürək xəstəliklərindən və infarktdan ölüb, 215 nəfər infarkt keçirib.

Bu şəxslərin vərdişlərini araşdıran alimlər gündə 4 saatdan çox ekran qarşısında olan (işdən kənar) şəxslərin ölüm ehtimalının, ekran qarşısında 2 saatdan az oturanlarda 48% çox olduğu müşahidə ediblər. Mütəxəssislər işdən gəldikdən sonra bir çoxlarının saatlarla televizor izləmək vərdişinin olduğunu, ancaq bu vərdişin ürək və ümumi sağlamlıq üçün təhlükə törətdiyini açıqlayıb.

Qızardılmış balıq ürəyə ziyandır

Kardioloqlar insanlara qızardılmış balıqdan uzaq olmağı məsləhət görürlər. Amerika kardioloqlar assosiasiyasının mütəxəssislərinin 21 mindən artıq insan arasında apardıqları tədqiqat qızardılmış balığın insulta yol açdığını göstərib. Alimlər balığın qızardılmış deyil, digər formalarda bişirilərək yeyilməsini məsləhət görürlər.

Qışda infarkt ehtimalı daha çoxdur

Araşdırmalar qış aylarında infarkt olmaq ehtimalının digər fəsillərlə müqayisədə üç dəfə artdığını göstərir. Ürəyi xəstə olanların qışda da gecə corab geyinməsinin vacibliyini ifadə edən mütəxəssislər eyni zamanda ayaq-damar tutulmaları olanlara da soyuq havada yun corab geyinməyi məsləhət görürlər.

Mütəxəssislər həmçinin bildirirlər ki, qış aylarında səhər saatları ürək çatışmazlığı və yüksək təzyiqi olanlar üçün ən təhlükəli saatlardır. Digər tərəfdən, qış aylarında taxıllı qidalara, həmçinin meyvə-tərəvəzlərə daha çox üstünlük vermək və ağır kalorili qidalardan imtina etmək lazımdır.

Əsəb və depressiya

Kalbi yoran 15 alışkanlık!

Sinirlərin ürək və damar xəstəliklərinə daha yaxın olduğunu bilirdinizmi? Bu fakt araşdırmalarda öz təsdiqini tapıb. Depressiyaya meyilli insanlar hər şeyi ürəyinə salırlar. Bu cür insanların problemlərini bölüşən insanlarla müqayisədə daha çox risk daşıdıqları məlum olub.

Xoruldamaq

Kalbi yoran 15 alışkanlık!

Qəbul etmək istəməsəniz də, əgər sizə yatarkən xoruldadığınızı deyirlərsə, bəzi məqamları nəzərə almalısınız. Çünki yuxuda xoruldayan insanların çoxunun başında yüksək təzyiq və ritm pozğunluqları ilə yanaşı, ürək-damar xəstəliklərinə də rast gəlinir.

Dişləri təmiz yumamaq

Kalbi yoran 15 alışkanlık!

Dişləri fırçalamaq bəs etmir, eyni zamanda diş ipindən də istifadə etmək lazımdır. Əks halda yüklü bakteriyalar dişlər üzərində toplanaraq iltihab yarada bilər. Bu isə ürək xəstəlikləri riskini ciddi şəkildə artıra bilər.

Sosial çevrədən uzaq durmaq

Kalbi yoran 15 alışkanlık!

Payız fəsli və havalar soyuq olduğu üçün bütün günü evə qapanmaq düzgün deyil. Çünki bu, sağlamlığınıza mənfi təsir edir. Araşdırmalarda məlum olub ki, dostları və ailəsi ilə güclü əlaqələri olan insanların ürək-damar xəstəliklərinə yaxalanma riski sıfıra bərabərdir. Motivasiya bütün dərmanlardan güclüdür.

Bol kalorili qidalar qəbul etmək

Kalbi yoran 15 alışkanlık!

Araşdırmalar doymuş yağ səviyyəsi yüksək və şəkərli qidalarla bəslənən insanların şəkər xəstəliyinə, dolayısı ilə ürək-damar xəstəliklərinə tutulma riskinin də çox olduğunu göstərir. Yüksək kalorili, karbohidratlı qidalardan uzaq durmağa çalışın. Kremli tortların cazibəsinə uymayın. Həddindən artıq yemək isə köklüyə və yenə də ürək-damar xəstəliklərin yaranmasına gətirib çıxarır. Porsiyaları azaldın.

Həddindən artıq duzlu qidalar

Kalbi yoran 15 alışkanlık!

Yeməyə duz əlavə edərkən xəsis olun. Həddindən artıq duz qəbul etmək təzyiqin qalxmasına, böyrək çatışmazlığına və ürək-damar xəstəliklərinə gətirib çıxarır.

Meyvə və tərəvəzdən imtina etmək

Kalbi yoran 15 alışkanlık!

Sağlam qidalanmağın təməl şərtlərindən biri də meyvə və tərəvəzlərlə qidalanmaqdır. Gündə ən az 5 porsiya meyvə və tərəvəz yeyən insanların gündə 3 porsiyadan daha az meyvə və tərəvəz yeyənlərlə müqayisədə ürək-damar xəstəliklərinə tutulma riski minimuma enir.

Qırmızı ətə yükləmək

Kalbi yoran 15 alışkanlık!

Həddindən artıq qırmızı ət qəbul etmək də ürək-damar xəstəliklərinə tutulma riskinin artmasına yol açır. Həftənin ən az iki günü balıq və ağ ət yeməkləri isə riski azaldır.

Yemək saatlarını qaçırmaq

Kalbi yoran 15 alışkanlık!

Gündə 4 dəfə yemək qəbul etmək metabolizmin düzgün işləməsi üçün şərtdir. Xüsusən də səhər yeməyi çox vacibdir. Yemək vaxtını qaçırdığınız zaman metabolizm aclıqdan yavaşlayır və digər yemək saatında daha çox yüklənir. Metabolizm zəiflədiyi üçün qəbul edilən kalorilər yığılır. Bu müddətdə ürək-damar xəstəliyi riski artmış olur.

Gec saatlarda yemək

Kalbi yoran 15 alışkanlık!

Gec saatlarda qəbul edilən kalori hərəkətsizlikdən dolayı yandırıla bilmədiyi üçün ürək-damar xəstəliyi riskini artırmış olur.

Dərmanlardan imtina etmək və ya vaxtında qəbul etməmək

Kalbi yoran 15 alışkanlık!

Səhhətinizlə bağlı etdiyiniz ən böyük səhvlərdən biri də ürək-damar xəstəliklərində dərmanları kəsmək və ya vaxtında qəbul etməməkdir. Bu hal da ürək-damar xəstəliyinə mənfi təsir etdiyi üçün ölüm riskini artırır. Yüksək təzyiqi aşağı salan antihiper təzyiq dərmanların kəsilməsi iflicə və ölümə səbəb olur.

Əlamətləri nəzərə almamaq

Kalbi yoran 15 alışkanlık!

Son zamanlarda pilləkənləri qalxarkən daha tez yorulursunuz? Ya da sinənizin ortasında yanma hiss etməyə başlamısınız? Bu kimi əlamətləri nəzərə alın və vaxtında müayinə olunun. Çünki müalicənin gecikməsi xəstəliyin sağalmasını çətinləşdirir.

Hərəkətsiz həyat tərzi

Kalbi yoran 15 alışkanlık!

Hərəkətsizlik və idmandan uzaq həyat ürəyin ən böyük düşmənidir. İdman həm gənclər, həm də yaşlılar üçün çox faydalıdır. Lakin özünü bütün günü idmana həsr etmək də düzgün deyil. Sağlam ürək üçün daimi və lazmi qədər məşq etmək lazımdır. Həftənin 4 günü 30 dəqiqə bəs edir.

Siqaret və içki

Siqaret və alkoqolun zərərlərindən çox danışmağa ehtiyac yoxdur. Bunlar hər ikisi damar sərtliyinə və laxtalanmasına səbəb olur. Bu cür hallar isə ölümlə nəticələnir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm