Səməd Səmədovun qoca dediyi Sevda "od püskürdü"
Bizi izləyin

Tabloid.az

Səməd Səmədovun qoca dediyi Sevda "od püskürdü"

Şou-biznesin populyar və sevilən cütlüyü olan, 15 ildir bir yerdə duet oxuyan Səməd Səmədov və Sevda Əliqızı yollarını ayırıb.

Şou-biznesin populyar və sevilən cütlüyü olan, 15 ildir bir yerdə duet oxuyan Səməd Səmədov və Sevda Əliqızı yollarını ayırıb.

Bu barədə Tabloid.az-a S.Əliqızı danışıb. Ayrılığa səbəb isə Səməd Səmədovun Sevda Əliqızı ilə duet oxumaq istəməməsi olub. O, bunu tərəf-müqabilinin qocalması ilə əlaqələndirib. S.Əliqızının sözlərinə görə, S.Səmədov bu xəbəri ona öz prodüseri vasitəsilə göndərib:

“Məhərrəmlik girməzdən 1 gün öncə birlikdə toyda idik və mehriban ayrılmışıq. Bir neçə gün sonra Səmədin prodüserindən mənə zəng gəldi. Dedi ki, Səməd müəllim deyir ki, mən ansamblıma yeni müğənni götürürəm. Sevdaya isə hər toydan sadəcə 100 manat verə bilərəm. O, artıq qocalıb. Mən onunla oxuya bilmərəm. Bunu eşidəndə bir anlıq donub qaldım və təbii ki, onun bu təklifi ilə razılaşmadım”.

Prodüserin sözlərinə inanmayan müğənni S.Səmədova zəng edib: “Səmədə zəng etdim. Həmişə zəngimi açan Səməd bu dəfə telefona cavab vermədi. Sonra yoldaşına zəng etdim və dedim ki, 15 ildir bir yerdə oxuyuruq. Zəhmət çəkmişik, çörək kəsmişik, bunun müqabilində insana bu sözü, xüsusilə də, xanıma bu sözü deyərlərmi? Oxumaq istəmirdisə bunu mənə normal şəkildə deyə bilərdi. Xanımı da təəccübləndi. Lakin o gündən sonra onlardan heç bir səs-soraq gəlmədi”.

S.Əliqızı əlavə edib ki, üzdə mülayim və insansevər görünən S.Səmədovla onsuz da özü tezliklə yollarını ayırmaq istəyirmiş:

“Çünki bu insan 15 ildə mənim repertuarımı, sağlamlığımı heç etdi. Mən nə zamansa tək efirə çıxsam, qısqanırdı və deyirdi ki, biz birlikdə çıxmalıyıq. Bu insanın içində mənə qarşı paxıllıq olduğunu sezmişdim. O, heç də üzdəki kimi mülayim deyil. Ansamblla məşqlər edən zaman onun etdiyi kobudluğu görsəniz, inanın heç ora ayaq basmazdınız. Ancaq mən bu 15 ildə bunlara dözdüm və qarşılığında ondan da bu hörməti gördüm. Qocalmağa gəlincə isə mən bildiyimə görə, Səməd 70 yaşa çatıb.

Yəqin, o öz yaşı ilə mənim yaşımı səhv salıb. Onu demək istəyirəm ki, insanlar fərqli qocalır. İnsan var qocalanda müdrikləşir, insan da var başı gedir. Çox təəssüf ki, Səmədə müdriklik qismət olmadı”.

Qeyd edək ki, S.Əliqızı artıq sənətinə solo fəaliyyətlə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm