Kərim məşhur “Ürəyim yanar” mahnısını oxudu - Video
Bizi izləyin

Tabloid.az

Kərim məşhur “Ürəyim yanar” mahnısını oxudu - Video

Müğənni Kərim Abbasov yeni mahnısını təqdim edib.

Müğənni Kərim Abbasov yeni mahnısını təqdim edib.

Tabloid.az xəbər verir ki, ifaçı sözləri Elçin Mirzəbəyliyə, musiqisi Abbas Əhmədə aid olan “Ürəyim yanar” mahnısını oxuyub. Xatırladaq ki, bu mahnını Abbas Əhməd uzun illər əvvəl ifa etmişdi.

Yeri gəlmişkən, Kərim Abbasov Türkiyənin məşhur müğənnisi ilə duet oxumaq istəyir.

“Getdim həmin müğənninin meneceri ilə görüşdüm, danışdım. Bu layihəni gerçəkləşdirmək üçün mənə 200 min manat pul lazımdır. Gərək evimi satıb əlimdə o qədər məbləğlə gedim. Sonra nə edəcəyəm, kirayə yaşayacağam? Ən yaxşı variant sponsor tapmaqdır. Bizdə də kişiyə də sponsorluq edən olmur. Gərək qadın olam ki, kimsə sponsorluq etsin. Bu layihə gerçəkləşsə, Türkiyədə və Azərbaycanda böyük bir partlayış olacaq. Duet ortağımın adını açıqlamaq istəmirəm. Onun adının baş hərfləri M.B-dir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm